Prezidentin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO

Redaktor

14.05.2025 22:14
256

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO

Əmanətlərin Sığortalanması Fonduna yenidən icraçı direktor təyin edilən Tural Qüdrət oğlu Piriyev barədə maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, Tural Piriyev tanınmış jurnalist, veteran qəzetçi Qüdrət Piriyevin oğludur.

Valyuta.az "Musavat.com"a istinadən xəbər verir ki, həmkarımız Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il sentyabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1970–1972-ci illərdə ordu sıralarında xidmət edib. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində əyani təhsil alıb.

Jurnalistikaya 1978-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayan Qüdrət Piriyev daha sonra 1979–1988-ci illərdə “Bakı-Baku” qəzetində çalışıb. 1988-ci ilin aprel ayından etibarən “Xalq qəzeti” redaksiyasında (o vaxt “Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində çalışıb. 2014-cü il fevralın 1-dən etibarən qəzetin baş redaktorunun birinci müavini postunu tutur. 27 ildir fasiləsiz olaraq “Xalq qəzeti” Redaksiya Heyətinin üzvüdür.

O, yüzlərlə məqalənin və bir neçə kitabın müəllifi, redaktoru və tərtibçisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Ailəlidir, üç oğlu və dörd nəvəsi var.

Qüdrət müəllimin oğlu Tural Piriyev isə 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat, 2004-cü ildə isə magistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirib. 2014–2015-ci illərdə İngiltərənin Durham Universitetində magistratura pilləsi üzrə təhsil alıb.

2005–2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçib. 2003-cü ildən əmək fəaliyyətinə başlayan Tural Piriyev özəl sektorun müxtəlif sahələrində çalışıb. O, 2007–2012-ci illərdə “PAŞA Holding” MMC-də hüquqşünas, 2012–2014-cü illərdə isə “Kapital Bank” ASC-nin hüquq departamentinin direktoru olub.

Bu müddət ərzində o, “Kapital Bank” ASC-nin audit komitəsinin üzvü, “PAŞA Həyat Sığorta” ASC-nin təftiş komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının təftiş komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2016-cı ildən 2020-ci ilin may ayınadək “PAŞA Holding”in Türkiyə nümayəndəliyinin rəhbəri olub. Eyni dövrdə Türkiyədə bir neçə şirkətdə – “PD Turizm ve Gayrimenkul A.Ş.” və “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” – rəhbərlik və müşahidə şurası üzvlüyü vəzifələrini icra edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2020-ci il tarixli sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilib. Hazırda yenidən həmin vəzifəyə təsdiqlənib.

İngilis, rus və türk dillərini bilən Tural Piriyev ailəlidir, iki övladı var.

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?

11.03.2026

“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür

11.03.2026

"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb

11.03.2026

Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi

11.03.2026

Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür

11.03.2026

Şirkətin xətasını aşkarladı - 30 000 qazandı

11.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

11.03.2026

"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb

11.03.2026

Məzənnə

Yüklənir...