Paşinyan Ermənistandakı Rusiya bizneslərini sıxışdırmağa başlayıb

Redaktor

14.11.2023 14:03
554

Paşinyan Ermənistandakı Rusiya bizneslərini sıxışdırmağa başlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni Rusiyadan Qərb istiqamətinə döndərməyə davam edir və Rusiya biznesini Ermənistandan sıxışdırmağa başlayıb.

Valyuta.az xəbər verir ki, Ermənistanın dövlət xidmətlərinin tənzimlənməsi üzrə komissiya noyabrın 15-də keçiriləcək iclasında Rusiyanın "MTS" PSC-nin törəmə operatoru olan “MTS Ermənistan” QSC-nin şirkətin səhmlərinin satışı üzrə əməliyyatı başa çatdırmaq üçün müraciət ərizəsini təsdiq etməyi planlaşdırır.

Komissiyanın saytında yerləşdirilən qərar layihəsində qeyd olunub ki, qurum "MTS Ermənistan"ın səhmlərinin 100 faizinin Kiprin "Fedilco Group Limited" şirkətinə satışı üzrə müqavilənin bağlanmasına razıdır. Əgər müqavilə bağlanarsa, "MTS Ermənistan" artıq "MTS" qrupunun üzvü sayılmayacaq.

Beləliklə, Ermənistan hakimiyyəti Rusiyanın təkcə İrəvanın siyasi kursuna deyil, həm də Ermənistan iqtisadiyyatına təsirinə son qoyacağına ümid edir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ekspertlərin, bəzi informasiya platformaları və təbliğat mediası nümayəndələrinin iştirakı ilə bu yaxınlarda keçirilən qapalı iclasda ölkə hökumətinin xarici siyasət vektorunda dəyişiklik etdiyini açıqlayıb. Ermənistan mətbuatının yazdığına görə, Paşinyan bundan sonra KTMT-nin, eləcə də MDB-nin işində iştirak etməyəcəyini və bu strukturları əvəz edəcək şəxs axtardığını bildirib. O, həmçinin qeyd edib ki, Qərb tərəfdaşlarından müxtəlif sahələrdə çoxlu maraqlı vədlər var.

Ermənistan hökuməti hesab edir ki, “Rusiya ilə ittifaqda qalmaq mənasızdır”, həmçinin Ermənistan Rusiyanı tərk etsə, heç nə baş verməyəcək, “çünki Moskva daha heç kimi cəzalandıra bilməyəcək”.

Paşinyanın hərəkətlərinin nəyə gətirib çıxaracağını və Moskvanın reaksiyasının necə olacağını görmək qalır.

© Trend

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mayda 14 gün iş olmayacaq

13.03.2026

Baş nazirdən inflyasiya ilə bağlı AÇIQLAMA

13.03.2026

Bakı metrosu ötən il 167 milyon qazanıb

13.03.2026

Bakıda 200 min mənzil inşa ediləcək

13.03.2026

Paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur

13.03.2026
Yanaşı iki mağaza - Necə olur ki biri yaxşı qazanır, digəri yox?

Yanaşı iki mağaza - Necə olur ki biri yaxşı qazanır, digəri yox?

13.03.2026

Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta ödənişləri 34% azalıb

13.03.2026
Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb

Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb

13.03.2026

Müharibə başlayandan İran kriptobirjalarından 10 mln. dollarlıq aktiv çıxarılıb

13.03.2026

Ali Məhkəmədən şərikli ticarətlə bağlı mühüm QƏRAR

13.03.2026

“Aqrarkredit” BOKT 7 əmlakını hərraca çıxarır - Qiymətlər

13.03.2026

Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 44 nəfər işdən çıxarıldı

13.03.2026

6 sığorta növü üzrə yanvarda yığım və ödəniş qeydə alınmayıb - SİYAHI

13.03.2026
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir?

Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? - SİYAHI

13.03.2026

İki kollecdə yeni təyinatlar olub

13.03.2026

Avro və rubl dəyər itirir

13.03.2026

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

13.03.2026

Özünə təyin etdiyi maaş şirkəti iflasa apardı - SƏHƏR OXUSU

13.03.2026

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

Məzənnə

Yüklənir...