"Paşa Bank"ın xalis mənfəəti 60 milyondan çox azalıb

Redaktor

22.01.2026 10:33
147

"Paşa Bank"ın xalis mənfəəti 60 milyondan çox azalıb

Paşa Bank 2025-ci ili 148,9 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ilin nəticəsi ilə müqayisədə 61,6 milyon manat və ya 29,3% azdır.

Valyuta.az xəbər verir ki, bankın maliyyə nəticələrində təkcə xalis mənfəət deyil, əsas gəlir göstəricilərində də geriləmə müşahidə olunub.

Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 2025-ci ildə 114,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 12 milyon manat və ya 9,5% azalma deməkdir. Bankın xalis faiz gəliri də 3,4% azalaraq 344,7 milyon manata düşüb. Əməliyyat mənfəəti isə illik müqayisədə 11,9 milyon manat azalıb və 250,5 milyon manat səviyyəsində qeydə alınıb.

Bununla belə, bankın kredit portfelində artım müşahidə olunub. 2025-ci ilin sonuna müştərilərə verilmiş kreditlərin həcmi 3 milyard 432 milyon manata çatıb ki, bu da 2024-cü illə müqayisədə 128,8 milyon manat və ya 3,9% çoxdur. Amma istehlak kreditləri üzrə göstərici 16,9% azalaraq 75,1 milyon manata enib.

2025-ci ilin sonuna Paşa Bankın cəmi aktivləri 9 milyard 407 milyon 313 min manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövründəki 8 milyard 220 milyon 178 min manatla müqayisədə 1 milyard 187 milyon manat və ya 14,4% artımdır. Cəmi öhdəliklər də eyni dövrdə 7 milyard 313 milyon 303 min manatdan 8 milyard 489 milyon 548 min manata yüksəlib.

2025-ci ilin sonuna nağd pul vəsaitləri və onların ekvivalentləri 956 milyon manat təşkil edib. Bu, əvvəlki ilin analoji göstəricisindən 465,9 milyon manat və ya 32,8% azdır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Nazir sabiq bankiri direktor təyin etdi - FOTO

22.01.2026

"OpenEvidence" 250 milyon dollarlıq investisiya alıb

22.01.2026

Azərbaycana bu ölkələrdən 24 milyard dollardan çox məhsul idxal olunub

22.01.2026

OMİD Mağazalar Şəbəkəsi borca düşüb

22.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

22.01.2026

27 milyon manatlıq əmlak üzərinə həbs qoyulub

22.01.2026

"Moody`s": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 5%-ni təşkil edəcək

22.01.2026

ABŞ Prezidenti: Venesuelanı böyük neft şirkətləri üçün açırıq

22.01.2026

Donald Tramp: ABŞ iqtisadiyyatı inflyasiyasız inkişaf edir

22.01.2026

Prezident həmin sənədi imzaladı

22.01.2026

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

22.01.2026

İşçilərə sınaq müddəti üçün az maaş verənlərin diqqətinə!

22.01.2026

"Moody’s": Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib

22.01.2026
Əmək haqqına ən çox xərc çəkən banklar

Əmək haqqına ən çox xərc çəkən banklar - RENKİNQ

22.01.2026

Tütünə çəkilən xərclər 13 milyon artdı

22.01.2026

İstirahət günü işə cəlb edilən şəxslərə nə qədər pul ödənməlidir? - RƏSMİ

22.01.2026

XƏBƏRDARLIQ: Uşaq qidasında çirkləndirici aşkarlandı

22.01.2026

İnvestisiya şirkətlərinin korporativ istiqrazlar dövriyyəsinin həcmi üzrə RENKİNQİ

22.01.2026

Onkoloji xəstələr özəl klinikalarda müalicə ala biləcəklər

22.01.2026

Əfqan Cəlilov Rauf Vəliyevin əsas adamını işdən çıxardı

22.01.2026

Məzənnə

Yüklənir...