Ötən il 33 milyon, bu il isə 35 milyonluq sifariş - Deputata məxsus olduğu deyilən şirkət yenə qalib seçildi

Redaktor

19.05.2025 13:12
682

Ötən il 33 milyon, bu il isə 35 milyonluq sifariş - Deputata məxsus olduğu deyilən şirkət yenə qalib seçildi

Milli Onkologiya Mərkəzi (MOM) kimyəvi dərman preparatları, reaktivlər, sarğı ləvazimatlarının və materiallarının satın alınması ilə bağlı tenderə yekun vurub.

Valyuta.az xəbər verir ki, MOM-un tenderində bu dəfə də ənənə pozulmayıb. O mənada ki, tenderin qalibi “Azeri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 35 849 901,34 manatdır.

MOM-un tibbi məhsullarla bağlı elə bir tenderi yoxdur ki, onun qalibi “Azeri Med” şirkəti seçilməsin. Mərkəz cari ildə hələlik bir tender keçirib və göründüyü kimi qalib “Azeri Med” QSC olub. Ötən ilə isə Mərkəz 4 tender keçirib. Bu tenderlərin də qalibi “Azeri Med” şirkəti olub.

MOM-un ötən il keçirdiyi tenderlərlə bağlı satınalma müqavilələrin toplam maliyyə dəyəri 33 475 893,38 manatdır.

"Azəri Med" QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 000 manatdır. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 2009-2013-cü illərdə şirkətə Qafarov Hüsaməddin Şəmsəddin oğlu rəhbərlik edib. Hüsaməddin Qafarov deputat Kamaləddin Qafarovun yaxın qohumudur. Bəzi məlumatlara görə, o, deputatın əmisi oğludur.

Hüsaməddin Qafarovun “Azeri Med”ə rəhbərlik etməsi təsadüfi deyil. Məsələ burasındadır ki, uzun illərdir, “Azeri Med” QSC-nin Kamaləddin Qafarova məxsus olduğu bildirilir. Mediada da bu barədə kifayət qədər yazılıb. Qarşı tərəf indiyədək bu məlumatları təkzib etməyib. Kamaləddin Qafarov deputat olmamışdan əvvəl isə MOM-da direktor müavini vəzifəsində çalışıb. “Azeri Med” QSC-nin mütəmadi olaraq MOM-un tenderlərinin qalibi seçilməsi də bununla əlaqələndirilir.

Hüseyn

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

20.01.2026

Milyarderlərə saxta Davos biletləri satılıb

20.01.2026

Metroda xətlərin ayrılacağı tarix açıqlandı

20.01.2026

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

20.01.2026

BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

20.01.2026

"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

20.01.2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

20.01.2026

İctimai iaşə dövriyyəsi artıb

20.01.2026

"ChatGPT"də reklamlar necə yayımlanacaq?

20.01.2026

Uşaqlar üçün olan bu məhsul bahalaşdı

20.01.2026

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

Məzənnə

Yüklənir...