Redaktor
Ölkədə maaşı 1 500-dən yüksək olan ilk 5 sahə
2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 1 103,8 manat təşkil edib.
Valyuta.az xəbər verir ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə göstəricilərə əsasən, ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanların orta aylıq əməkhaqqısı 3 787,9 manat təşkil edir.
Statistik məlumatlara görə, maaş səviyyəsinə görə ikinci yerdə maliyyə və sığorta fəaliyyəti sahəsi qərarlaşıb. Bu sektorda orta aylıq əməkhaqqı 2 872,6 manat olub.
Üçüncü pillədə isə informasiya və rabitə sahəsi yer alır. Bu sahədə çalışanların orta aylıq nominal əməkhaqqısı 1 929,9 manat təşkil edir.
Siyahıda növbəti yerləri peşə, elmi və texniki fəaliyyət sahəsi tutur. Bu istiqamətdə çalışanların orta aylıq əməkhaqqısı isə 1 770,1 manat səviyyəsindədir.
İlk beşliyi 1 548,1 manat aylıq əməkhaqqı ilə nəqliyyat və anbar təsərrüfatı sahəsi tamamlayır.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ-da hakim "Fed" rəhbəri Cerom Pauellə bağlı çağırışları dayandırdı
16.03.2026
Anasına gəlir yeri yaratmaq üçün biznes qurdu və uğur qazandı - MÜSAHİBƏ
16.03.2026Dövlət qurumu 2,5 milyona psixotrop və narkoz dərmanları alacaq
16.03.2026
Şirkətdə ən vacib şəxs kimdir?
16.03.2026Rubl və avro dəyər itirməkdə davam edir
16.03.2026