Redaktor
Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?
İnsanların əksəriyyəti daha çox pula sahib olduqca daha sərbəst xərcləyəcəyini düşünür. Lakin reallıq bunun tam əksi ola bilər. Məsələn, çox adamdan eşidirik, deyir ki, varlıdır, amma pul xərcləməyə əli gəlmir. Bəli, çox görürük ki, bəzi zəngin insanlar nə qədər çox vəsaitə sahib olsalar da, pul xərcləyərkən olduqca ehtiyatlı, bəzən isə xəsis davranırlar. Əksinə, maddi cəhətdən imkanı zəif insanlar pullarını daha rahat və düşünülməmiş şəkildə xərcləməyə meyillidirlər. Bəs buna səbəb nədir? Niyə çox pulu olanlar daha az xərcləyir?
Maliyyə eksperti İsmayıl Məmmədov Valyuta.az-a açıqlamasında bildirib ki, maddi rifahın əsasını yalnız yüksək gəlir deyil, düzgün maliyyə düşüncə tərzi və vərdişlər təşkil edir. Onun fikrincə, varlı və kasıb insanlar arasındakı əsas fərq gəlirin necə idarə olunması ilə bağlıdır. “Əsas məsələ odur ki, kasıblar pulu xərcləyir, varlılar isə idarə edir. Gəlir deyil, düşüncə və vərdişlər fərq yaradır”- deyə ekspert vurğulayıb.
Məsələ qazanmaq deyil, qazandığını idarə etməyi bilməkdir
Ekspert əlavə edir ki, davranış fərqlərinin arasında maliyyə savadlılığı, riskə münasibət, planlama qabiliyyəti, psixoloji və sosial faktorlar dayanır. Onun sözlərinə görə, gəliri yüksək olmayan, lakin maliyyə savadlı olan insanlar varlılar kimi davranmağı bacarır. Əksinə, yüksək gəlirli, lakin savadsız şəxslər borc bataqlığına düşə bilər: “Əsas məsələ çox qazanmaq deyil, qazandığını necə istifadə etməyi bilməkdir. Varlıların çoxu sərvəti illər ərzində yığıb, lotereya qalibləri isə tezliklə müflis olub. Bu da bir faktdır. Kasıb insanlar arasında daha çox rast gəlinən davranış isə: status göstərmək üçün xərcləmək, bahalı telefon, bahalı geyim, bahalı avtomobil – bunlar isə cəmiyyət tərəfindən qəbul edilmə istəyinin nəticəsidir. Varlı insanların yanaşması isə fərqlidir: sistemli, planlı və uzunmüddətli strategiyaya əsaslanır. Onlar daşınmaz əmlaka, səhmlərə, istiqrazlara və passiv gəlir mənbələrinə üstünlük verirlər”.

"Nəyin mənim üçün dəyəri var?" sualını verməyi bacarmalıyıq
Ekspert vurğulayır ki, insanlar pul qazanmaqdan daha çox, onu itirməkdən qorxurlar. “Nə qədər çoxum varsa, o qədər çox itirə bilərəm” düşüncəsi çoxlarına tanışdır. Xərcləmə vərdişlərinə gəlincə, insan “nəyə gücüm çatır” sualından çox, “nəyin mənim üçün dəyəri var?” sualını verməlidir. Bill Gates, Warren Buffet və Mark Zukerberq kimi milyarderlərin sadə həyat tərzi keçirməsi də bu düşüncənin göstəricisidir.
Məbləğ önəmli deyil, davamlılıq əsasdır
İ.Məmmədov kasıb insanlara borcdan uzaq durmağı, qənaət etməyi və gələcək üçün ehtiyat toplamağı tövsiyə edir: “Hər ay gəlir və xərclər qeydə alınmalı, gəlir daxil olan kimi 5-10% qənaət edilməli və ya əmanət qoyulmalıdır. Məbləğ önəmli deyil, davamlılıq əsasdır. Azərbaycanda artıq “etiketli və ehtiyatlı xərcləmə” tendensiyası güclənməkdədir. Xaricdə təhsil almış, texnologiya və rəqəmsal sektorla biznesə daxil olmuş yeni nəsil isə effektiv idarəetməyə önəm verir”.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026