Nəsimi rayonunun yeni icra başçısı

Redaktor

09.02.2026 17:32
266

Nəsimi rayonunun yeni icra başçısı - Tərcümeyi-hal

Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Valyuta.az saytı Nəsiminin yeni icra başçısının tərcümeyi-halını təqdim edir:

Tahir Yaqub oğlu Budaqov 1965-ci il yanvarın 1-də Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub.

1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir.

1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə əmək və əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Prezident Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.

9 fevral 2026-cı ildə Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Elə həmin tarixdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının, 2021-ci il martın 5-dən isə YAP İdarə Heyətinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 5 mart 2021-ci il tarixli Sərəncamı ilə YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Prezidentin 2024-cü il 31 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Evlidir, üç övladı var.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Məzənnə

Yüklənir...