"Apple" yaxın həftələrdə böyük təqdimata hazırlaşır: Nələr gözlənilir?

Redaktor

09.02.2026 18:34
317

"Apple" yaxın həftələrdə böyük təqdimata hazırlaşır: Nələr gözlənilir?

"Apple" genişmiqyaslı cihaz yeniləmələrinə hazırlaşır – yaxın həftələrdə yeni "iPhone", "iPad" və "MacBook" modellərinin təqdimatı gözlənilir. 

Valyuta.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, şirkət məhsulları mart ayının əvvəlində təqdim etməyi planlaşdırır və ənənəvi bahar anonslarını davam etdirir.

Ən çox diqqət çəkən xəbər isə "iPhone 17e"nin 19 fevralda satışa çıxmasıdır. Yeni əlçatan "Apple" smartfonu bir sıra aparat təkmilləşdirmələrinə malik olacaq – A19 çipi və "MagSafe" dəstəyi bunlara daxildir. Qiymət isə əvvəlki səviyyədə qalacaq – təxminən 599 dollar.

"iPhone 17e"dən sonra "Apple" yenilənmiş "iPad", "iPad Air" və "MacBook Air" modellərini, həmçinin M5 Pro və M5 Max çipləri ilə yeni "MacBook Pro" nəsilini təqdim etməyə hazırlaşır. Bir qədər sonra isə "Mac Studio", "Studio Display" və "Mac" mini üçün yeniliklər gözlənilir.

"Apple" həmçinin standart "MacBook"dan daha ucuz versiya buraxmağı planlaşdırır. Başlanğıc qiymətin 600–700 dollar olacağı, içərisində isə "iPhone" prosessorunun olacağı gözlənilir.

Jurnalist Mark Qurman hesab edir ki, "Apple" ənənəvi təqdimat tədbirini – onlayn yayımlı – keçirməyəcək; cihazlar haqqında məlumat rəsmi sayt vasitəsilə press-reliz formatında veriləcək.

Məlumata görə, "Apple" baza "iPhone 18" modelinin çıxışını 2027-ci ilə qədər təxirə salıb. Bu payız yalnız üç smartfon təqdim olunacaq: "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və qatlanan "iPhone".

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Məzənnə

Yüklənir...