Redaktor
Bu il əlavə gəlir üçün "ChatGPT"nin təqdim etdiyi 4 praktik yanaşma
Süni intellekt alətləri, xüsusilə də "ChatGPT" əlavə gəlir mənbəyi (side hustle) yaratmaq istəyənlər üçün ideya mərhələsini xeyli qısalda bilər.
Valyuta.az xəbər verir ki, "Intuit" şirkətinin araşdırmasına əsasən, Z nəsli nümayəndələrinin əksəriyyəti bir neçə gəlir mənbəyi yaratmağı planlaşdırır.
Əsas problem ideya çatışmazlığı yox, hansı ideyanın real və test edilə bilən olduğunu müəyyənləşdirməkdir.
Valyuta.az "Forbes" üçün qələmə alınan məqalədə 2026-cı ildə əlavə gəlirə başlamaq üçün "ChatGPT"dən necə istifadə etməyin mümkün olduğu izah edilir.
1. Gördüyünüz real problemlərdən başlayın
Davamlı əlavə gəlir ideyaları trend hesabatlardan yox, gündəlik həyatda müşahidə olunan real problemlərdən yaranır. İş yerində, evdə və ya yaşadığınız icmada qarşılaşdığınız çətinliklər ən sağlam başlanğıcdır.
"ChatGPT" üçün nümunə sual:
“Məni üç problem müşahidə etmişəm [nümunələri qeyd et]. Hansının əlavə gəlir ideyasına çevrilə biləcəyini müəyyənləşdirmək istəyirəm. Hər biri üzrə bunun geniş yayılıb-yayılmadığını göstərən statistika və bu problemi artıq həll edən bizneslərin olub-olmadığını izah et”.
Bu yanaşma ideyanın real ehtiyac olub-olmadığını ayırd etməyə kömək edir.
2. Kimlərin sizə pul ödəyəcəyini dəqiqləşdirin
“Kiçik bizneslərə marketinqdə kömək edirəm” kimi ümumi ifadələr kifayət etmir. Müxtəlif sahələrin ehtiyacları və qərar mexanizmləri fərqlidir.
ChatGPT üçün nümunə sual: “Bu ideya üçün pul ödəməyə ən meyilli olan konkret şəxsi təsvir et. Onun hansı problemi var, harada vaxt keçirir və bu həll nə zaman ona zəruri görünər?”
Bu addım hədəf auditoriyanı və təklifin dəyərini aydınlaşdırır.
3. AI-nin rolu harada başlayır, harada bitir?
AI ən yaxşı halda dəstəkçi rolunu oynayır. Etimad, qərarvermə və kontekst tələb edən işlər insan nəzarətində qalmalıdır. Sənədləşmə, strukturlaşdırma və ilkin analiz isə AI-yə həvalə oluna bilər.
ChatGPT üçün nümunə sual: “Bu xidməti göstərmək üçün mərhələləri sadalayıram. Hansı hissələr AI tərəfindən dəstəklənə bilər ki, müştəri təcrübəsi dəyişməsin?”
4. Böyük açılış yox, kiçik test edin
Əksər əlavə gəlir cəhdləri sayt, brendinq və kontent mərhələsində ilişib qalır. Halbuki əsas məqsəd ilk ayda kiminsə ödəniş edib-etməyəcəyini görməkdir.
ChatGPT üçün nümunə sual: “Bu ideyanı sınaqdan keçirmək istəyirəm. Bu ay (üçün vaxt) və (büdcə)m var. Minimal test planı hazırla: ən kiçik təklif, müştəriləri haradan tapmaq, təklifi necə təqdim etmək və hansı nəticə davam etməyə dəyər olduğunu göstərər”.
Bu yanaşma həm yeniyetmələr, həm də böyüklər üçün keçərlidir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026