Redaktor
Azərbaycanın ən varlı 5 bələdiyyəsi - ADLAR
2025-ci ilin aprel ayında dərc olunan Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə büdcəsinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7,9 milyon manat artaraq (14,4%) ilk dəfə 63 milyon manata yaxın vəsait təşkil edib.
Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi zamanı bildirilib.
Belə ki, bələdiyyələrin vahid informasiya sistemindən əldə olunan məlumatlara əsasən, 2025-ci ilin yekunları üzrə bu göstəricinin 60 milyon manat həddini keçməsi proqnozlaşdırılır. (Dəqiq məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən 2026-cı ilin birinci rübündə açıqlanacaq.)
Həmin məlumatlardan görünür ki, 2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmalarında müsbət nəticələrə nail olunmuş və 2024-cü illə müqayisədə yerli büdcələrə torpaq və əmlak vergisindən təxminən 26% (7,2 milyon manat) çox vəsait daxil olmuşdur.
Statistik rəqəmlər baxımından ümumi gəlirlərində kəskin artım Duran, Daş Salahlı, Samux, Yardımlı, Müşkabad bələdiyyələrində müşahidə olunmuşdur. Daxilolmalardakı artım məbləğinin yüksəkliyi baxımından isə Sumqayıt (841 min manatdan çox), Yasamal (574 min manatdan çox), Nərimanov (533 min manatdan çox), Nəsimi (481 min manatdan çox) və Masallı (423 min manatdan çox) bələdiyyələrini fərqləndirmək mümkündür.
Yerli özünüidarəetmə orqanlarının dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakının genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aparılan metodiki işlər davam etdirilmişdir. Bu sahədə bələdiyyələrlə aparılan ardıcıl iş nəticəsində 2025-ci ildə 4 yeni bələdiyyə müəssisəsi — Gədəbəy bələdiyyəsi (“Yaşıl Gədəbəy”), Xol Qarabucaq bələdiyyəsi (“Zəfər-Agro-2025”), Oğuz bələdiyyəsi (“Oğuz-2025”), İsmayıllı bələdiyyəsi (“İsmayıllı Aqrar və Təmir-Tikinti Xidmət İdarəsi”) yaradılmışdır. Həmin müəssisələrin əsas fəaliyyət istiqamətləri kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, təmir-tikinti işlərinin aparılması və s. məsələləri əhatə edir.
Ötən illərdə yaradılan müəssisələrin fəaliyyətinin canlandırılması və irəlidəki dövrdə yenilərinin yaradılması istiqamətində işin aparılması qarşıda duran prioritet istiqamətlərdəndir.
©Modern.az
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTahir Budaqov icra başçısı təyin edildi
09.02.2026Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib
09.02.2026Prezidentdən pensiyalarla bağlı Sərəncam
09.02.2026Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırıldı - Prezident təsdiqlədi
09.02.2026Bu kəndlərin su və kanalizasiya sistemi üçün 7 milyonluq tender elan edilib
09.02.2026"Uber" bu çatdırılma portfelini satın alır
09.02.2026Daşınmaz əmlakla bağlı yeni qərar
09.02.2026Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı
09.02.2026“AFB Bank” tender elan edir ®
09.02.2026Bitcoin çöküşdən sonra bahalaşmağa başladı: Analitikdən yeni proqnoz
09.02.2026Azərbaycanın ən varlı 5 bələdiyyəsi - ADLAR
09.02.2026Yanvarda 228 ailə dövlətdən kirayəyə mənzil götürüb
09.02.2026Bələdiyyə fəaliyyətində əsas pozuntular - SİYAHI
09.02.2026