Naxçıvana ayrılan dotasiya azaldılır - Eldar İbrahimov səbəb açıqladı

Redaktor

20.11.2025 18:23
491

Naxçıvana ayrılan dotasiya azaldılır - Eldar İbrahimov səbəb açıqladı

2026-cı ilin dövlət büdcəsinin gəlirləri və xərcləri artımla nəzərdə tutulub. Fərəhləndirici haldır ki, qeyri neft-qaz sektorundan büdcəyə daxil olan vəsait bu ilin göstəricilərinə nisbətən 13.5% çoxdur. Bu da əvvəlki illərdə iqtisadiyyatı şaxələndirmək üçün qeyri neft-qaz sektoruna yönəldilən sərmayelərin artıq səmərə verməsinin nəticəsidir. Hesab edirik ki, istifadəyə verilmiş yeni istehsal müəssisələri tam gücü ilə işlədikcə bu sektordan büdcə daxil olmaları da xeyli artacaq və neft-qaz sektorundan azalmaları daha çox üstələyəcəkdir.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputat Eldar İbrahimov parlamentin bu gün keçirilən büdcə müzakirələrində deyib.

O qeyd edib ki, büdcənin xərclər bölməsinə diqqət yetirdikdə əsas artımın müdafiə və milli təhlükəsizlik, sosial müdafiə təminat bölmələrində olduğu aydın olur.

"Bu da təbiidir. Belə ki hər ölkədə olduğu kimi respublikamızda da dövlətin qarşısında duran əsas vəzifə ölkənin müdafiə qabiliyyətini və milli təhlükəsizliyini möhkəmləndirmək habelə vətəndaşların sosial-rifah halının yaxşılaşdırılmasıdır. Bu mənada ölkəmizin müstəqilliyi və suverenliyi təmin olunsa da beynəlxalq aləmdə baş verənlər respublikamızın hərbi potensialının gücləndirilməsini tələb edir. Ona görə də bu sahəyə ciddi diqqət yetirilməsini 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm qələbəyə əsaslanaraq tamamilə haqlı hesab edirəm. 

Sosial müdafiə və sosial təminat məsələlərinə büdcə vəsaitinin cari ilə nisbətən 2.6% artıq nəzərdə tutulması da ölkəmizdə həyata keçirilən siyasətə tam uyğundur. Belə ki, hörmətli Prezidentimizin dediyi kimi ölkə siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durmasını bir daha təsdiq edir. 

Dövlətin qarşısında duran əsas vəzifələrdən biri də ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu məqsədlə də büdcənin xərclər bölməsində kənd təsərrüfatına bu ilə nisbətən 1.5% yəni 18 milyon 300 min manat çox vəsait ayrılması nəzərdə tutulur. Bu da onu deməyə əsas verir ki, gələn ildə kənd təsərrüfatı məhsul istehsalçıları əvvəlki illərdə olduğu kimi vergi güzəştlərindən, yəni əkin sahələrinə, istehsal etdikləri məhsula və digər mövcud subsidiyalardan 2026-cı ildə də istifadə edəcəklər. Bu da onları məhsul istehsalını artırmağa sövq edəcəkdir", - deputat qeyd edib.

Eldar İbrahimov Naxçıvana ayrılan vəsaitin azalmasına da münasibət bildirib:

"Mən Naxçıvandan seçilən deputat kimi Azərbaycan Respublikası dövlət büdcəsinin bir hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsi haqqında bəzi fikirlərimi bildirmək istəyirəm. Bildiyiniz kimi son vaxtlar Muxtar Respublikada dövlət idarəçiliyində struktur dəyişiklikləri və islahatları aparıldı. Bunun nəticəsində gələn ilin büdcəsinin gəlir və xərclərində 4.4% azalma qeyd olunur. Bu da aparılan tədbirlərin səmərəli nəticə verdiyini təsdiq edir. Digər tərəfdən əvvəlki illərdə Muxtar Respublikaya dövlət büdcəsindən daha çox dotasiya ayrılması artıq öz bəhrəsini verir. Belə ki, 2026-cı ildə Muxtar Respublikanın öz gəlirləri ümumi gəlirlərin 56.2%ni təşkil edəcəkdir ki, bu da cari ildəki 43.4%dən xeyli çoxdur. Bu da onu göstərir ki, yaxın illərdə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsindən aldığı dotasiya hesabına öz xərcini heç bir yardım almadan öz gəlirləri hesabına ödəyəcəkdir. Ona görə də Muxtar Respublikaya ayrılan dotasiyanın bu ilə nisbətən 25.9% azalması tamamilə normaldır.

Məlumdur ki, hər bir ölkənin büdcə parametrləri onun iqtisadi inkişafından asılıdır. Bu mənada hörmətli Prezidentimiz İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi xarici və daxili siyasət nəticəsində ölkəmizin qarşılıqlı əhəmiyyət kəsb edən iqtisadi əməkdaşlıq coğrafiyası daim genişlənir. Xüsusilə, son vaxtlar Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası ilə əməkdaşlıq barədə əldə edilən razılaşmalar, bu günlərdə isə (noyabrın 16-da) Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə Azərbaycanın tamhüquqlu üzv kimi qoşulması respublikamızın iqtisadi qüdrətinin dələcəkdə daha dinamik və geniş əhatəli inkişafına güclü təkan verəcəkdir. Bütün bunlar möhtərəm Prezidentimizin dünya səviyyəsində qazandığı böyük nüfuzunun nəticəsidir.

Onu da qeyd edim ki, qanun layihəsi bütün məsələləri əhatə etməklə yığcam, şəffaf və aydın başa düşülən formada tərtib edilmişdir. Mən Qanun layihəsini dəstəkləyirəm və onun lehinə səs verəcəyəm".

©Modern.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Paramount" platformalarını birləşdirməyi planlaşdırır

03.03.2026

Bakıda estetik klinika 20 000 manat cərimələndi

03.03.2026

Bağlanan özəl universitetin binası BDU-ya verildi

03.03.2026

İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib

03.03.2026

Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi

03.03.2026

Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq

03.03.2026

"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq

03.03.2026

Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək

03.03.2026

Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir

03.03.2026

“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb

03.03.2026

Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®

03.03.2026

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

03.03.2026

Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı

03.03.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

03.03.2026

“AzərGold” yanvarda ixracdan 19,3 milyon dollar qazanıb

03.03.2026

"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"

03.03.2026

Mark Zukerberq Mayamidə 170 milyon dollarlıq malikanə alıb

03.03.2026

İlham Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq

03.03.2026

Mərkəzi Bank “Fizza Pay”in vəzifəli şəxsini cərimələyib

03.03.2026

AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə

03.03.2026

Məzənnə

Yüklənir...