Milyarderlər yeniyetməlik dövründə nə işlə məşğul olublar?

Redaktor

30.12.2025 08:30
163

Milyarderlər yeniyetməlik dövründə nə işlə məşğul olublar? - SƏHƏR OXUSU

Dünyanın ən uğurlu iş adamlarının və məşhur simalarının çoxu yüksəliş yoluna hələ yeniyetməlik illərində başlayıb. Onların bu dövrdə atdıqları ilk addımlar sonradan böyük biznes imperiyalarına çevrilib.

Valyuta.az bu məşhur şəxslərin gənclik illərinin onları necə formalaşdırdığını təqdim edir:

Bill Qeyts - kompüter sevgisi məktəbdən başladı

Microsoft-un qurucusu Bill Qeyts 13 yaşında proqramlaşdırmaya həvəs göstərməyə başladı.
15 yaşında Paul Allen ilə birlikdə ilk biznesi -Traf-O-Data layihəsini yaradıb.
Sonradan Harvardı yarımçıq qoyaraq Microsoft-u qurub.

Uorren Baffet - 16 yaşında bu günün pulu ilə 53 min dollar qazanc

Uorren Baffet yeniyetmə ikən qəzet paylayır, markalar və golf topları satır, bərbərxanalara pinball aparatı qoyurdu.
16 yaşına qədər ciddi kapital toplayıb..

Opra Uinfri - 16 yaşında radio aparıcısı

Opra Uinfri çətin uşaqlıq dövründən sonra atasının yanında dərslərində uğur qazandı.
16 yaşında Nashville-də radio aparıcısı kimi işləməyə başladı və televiziyaya keçərək media karyerasının əsasını qoydu.

Mark Zukerberq - məktəbdə proqramlar yazırdı

Facebook-un qurucusu Mark Zukerberq 12 yaşında atasının klinikası üçün mesajlaşma sistemi hazırladı.
Orta məktəbdə yaratdığı musiqi proqramı böyük şirkətlərin diqqətini çəkdi.
Harvardda oxuyarkən Facebook-u yaradıb universiteti tərk etdi.

İlon Mask - 12 yaşında video oyunu yazdı

İlon Mask 10 yaşında ilk kompüterini alıb, 12 yaşında Blastar adlı oyun kodladı.
Sonradan Kanadaya, daha sonra ABŞ universitetlərinə gedərək təhsilini davam etdirdi.

Mark Küban - 12 yaşında zibil paketi satırdı

Milyarder investor Mark Küban qapı-qapı gəzərək zibil paketi satmaqla biznes yoluna başladı.
Daha sonra marka və sikkə satır, qazancı ilə universitet xərclərini özü ödəyirdi.

Ceff Bezos - yayda fermada işləyirdi

Amazon-un qurucusu Ceff Bezos 4 yaşından 16 yaşına qədər yay aylarını nənə-babasının Texasdakı fermasında keçirirdi.
McDonald's-da da çalışıb, daha sonra öz təhsil düşərgəsini yaradıb.

Riçard Branson - 17 yaşında ilk biznesi qurdu

Riçard Branson 17 yaşında “Student” adlı jurnal yaradıb.
Daha sonra poçtla musiqi satmağa başlayıb və bu, Virgin Records imperiyasına çevrilib.

Karl Aykan - poker qazancları ilə universitetdə qalırdı

Milyarder investor Karl Aykan çimərlikdə işləyir və poker oyunlarından qazandığı pulla yaşayış xərclərini ödəyirdi.

Fil Nayt - atletika sevgisi Nike-nin əsasını qoydu

Nike-nin qurucusu Fil Nayt məktəbdə və universitetdə qaçışla məşğul olurdu.
Keyfiyyətsiz idman ayaqqabılarından narazılıq Nike-ın yaranmasına səbəb oldu.

Canet Yellen - məktəbin ən yaxşı şagirdi

ABŞ Federal Ehtiyat Sisteminin keçmiş rəhbəri Canet Yellen məktəbdə əlaçı olub, məktəb qəzetinin baş redaktoru idi.

Sərvanə 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Azərpambıq"ın xaricə satışdan gəlirləri 15,9 milyon dollar azalıb

31.12.2025

“Reprai” 1 milyon dollar investisiya alıb

31.12.2025

Azərbaycan banklarında kapitalın idarə olunmasına dair tələblər sərtləşdirilib

31.12.2025

AZAL-ın xalis mənfəəti 86%-ə yaxın artıb

31.12.2025

Məşhur tütün şirkəti 39 milyonluq məhsul ixrac edib 

31.12.2025

Neftimizin qiyməti cüzi artıb

31.12.2025

AZAL Ələt Azad İqtisadi Zonasında müəssisə yaradıb

31.12.2025

Milyonlarla yatırım alıb uğursuz olan startaplar - SƏHƏR OXUSU

31.12.2025

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31.12.2025

Üç ildə rekord həddə çatıb: Qlobal LNG ixracı 2025-ci ildə kəskin artıb

30.12.2025

Neft Fondu: Qızıla qısamüddətli gəlir mənbəyi kimi baxmırıq

30.12.2025

Heç bir zəngin bunu etiraf etmir - Onları daha da zəngin edən proses

30.12.2025

Metro və avtobusdan istifadə edilmədiyi halda kart balansından gediş haqqı NİYƏ ÇIXILIR?

30.12.2025

Ödəniş və elektron pul təşkilatlarına qarşı tələblər dəyişdi

30.12.2025

“WhatsApp”a yeni funksiya əlavə edildi

30.12.2025

Bu sığorta üzrə yığımlar 10 milyondan çox artıb

30.12.2025
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi

Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi

30.12.2025

"Citigroup" Rusiyadakı biznesinin satışına görə 1,1 milyard dollard zərərə düşəcək

30.12.2025

"SMIC" "SMNC"nin qalan hissələrini də satın alır - Qiymət

30.12.2025

"Bakı Gəmiqayırma Zavodu" AZAL-dan 5 milyon dollar faizsiz borc alıb

30.12.2025

Məzənnə

Yüklənir...