Redaktor
Məşhur amerikan klubu rekord qiymətə satılıb
NBA tarixinin ən uğurlu komandalarından biri olan "Boston Celtics" 6,1 milyard dollara satılıb.
Valyuta.Az "CNN"ə istinadla xəbər verir ki, bu satış Şimali Amerikada idman klubları arasında indiyədək qeydə alınmış ən yüksək məbləğli müqavilə olub.
Komandanı satın alan investorlar qrupuna milyarder Uilyam Çişolm rəhbərlik edir. Qrupun digər üzvləri sırasında "Celtics"in mövcud investorlarından biri olan Rob Heyl və daşınmaz əmlak nəhəngi "Related Companies"in prezidenti Bryus Bil Cn. da yer alır.
"Celtics"in baş icraçı direktoru Vik Qrousbek cümə axşamı yaydığı açıqlamada bildirib: “Bil əla insandır və əsl "Celtics" azarkeşidir. Boston bölgəsində doğulub böyüyüb. Komandaya və şəhərə olan sevgisi, eyni zamanda "Celtics" rəhbərliyi ilə uyğunluğu onu komandanın yeni sahibi və rəhbəri olmaq üçün təbii bir seçim edir.”
Qrousbek ailəsi tarixində 18 çempionluq qazanan "Celtics"i 2002-ci ildə 360 milyon dollara almışdı. Bu isə komandanın dəyərində təxminən 1600 faiz artım deməkdir. Vik Qrousbek 2027-28 mövsümünün sonunadək komandanın rəhbəri vəzifəsində qalacaq.
Uilyam Çişolm Kaliforniyada yerləşən texnologiya sahəsinə investisiya edən "Symphony Technology Group" adlı şəxsi investisiya şirkətinin təsisçisi və idarəedici ortağıdır.
“Şimal sahilində böyümüş və Yeni İngiltərədə (ABŞ-nin şimal-şərqində yerləşən region) təhsil almış biri kimi, mən ömrüm boyu sadiq "Celtics" azarkeşi olmuşam,” – deyə Çişolm açıqlamasında bildirib. “Celtics-in Boston üçün nə qədər əhəmiyyətli olduğunu anlayıram – bu komandanın şəhər üçün daşıdığı rol ölkənin digər şəhərlərindəki heç bir idman komandası ilə müqayisə olunmaz.”
Bu satış NBA tarixindəki ən böyük müqavilə olmaqla yanaşı, ABŞ idman liqaları arasında da rekord göstərici kimi qeydə alınıb. Müqavilə, 2023-cü ildə "Washington Commanders" futbol komandasının 6,05 milyard dollara və "Phoenix Suns" basketbol klubunun 4 milyard dollara satışı kimi əvvəlki rekordları geridə qoyub.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?
11.03.2026Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır
11.03.2026Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”
11.03.2026Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?
11.03.2026“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür
11.03.2026"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb
11.03.2026Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi
11.03.2026Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür
11.03.2026Şirkətin xətasını aşkarladı - 30 000 qazandı
11.03.2026Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb
11.03.2026"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb
11.03.2026"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi
11.03.2026Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı
11.03.2026Mövzu: AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®
11.03.2026İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI
11.03.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ
11.03.2026Sabah 13 dərəcə isti olacaq
11.03.2026“ADA” Universitetinin tenderi ləğv edildi
11.03.2026Daha 8 startap vergidən azad olundu
11.03.2026