"Manato"nun xalis mənfəəti 22 milyon azaldı, faiz gəliri artdı

Redaktor

01.06.2026 12:00
375

"Manato"nun xalis mənfəəti 22 milyon azaldı, faiz gəliri artdı

“SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı MMC (Manato brendi) 2025-ci ili 15 milyon 753,699 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az xəbər verir ki, şirkətin xalis mənfəəti əvvəlki illə müqayisədə 21 milyon 986,399 min manat və ya 58,25% azalıb.

Belə ki, BOKT 2024-cü ildə 37 milyon 740,098 min manat xalis mənfəət əldə etmişdi.

Bununla yanaşı, “SF Azerbaijan”ın xalis faiz gəlirləri artım nümayiş etdirib.

2025-ci ildə xalis faiz gəliri 111 milyon 301,736 min manat təşkil edib ki, bu da 2024-cü ilin 68 milyon 730,708 min manatlıq göstəricisi ilə müqayisədə 42 milyon 571,028 min manat və ya 61,94% çoxdur.

Hesabat dövründə təşkilatın cəmi öhdəlikləri 8 milyon 703,340 min manata enib.

Bu göstərici 2024-cü ildə 46 milyon 023,338 min manat olub.

Beləliklə, öhdəliklər il ərzində 37 milyon 319,998 min manat və ya 81,08% azalıb.

Şirkətin ümumi aktivləri də azalma göstərərək 48 milyon 507,491 min manat təşkil edib.

2024-cü ildə aktivlər 81 milyon 623,790 min manat olub. Nəticədə aktivlər 33 milyon 116,299 min manat və ya 40,57% azalıb.

2025-ci ildə müştərilərə verilən xalis kreditlərin həcmi 28 milyon 593,077 min manat olub.

Bu göstərici 2024-cü ildə 57 milyon 836,770 min manat təşkil edib.

Beləliklə, kredit portfeli 29 milyon 243,693 min manat və ya 50,56% kiçilib.

BOKT-un nağd pul və bank hesablarındakı vəsaitləri də azalıb.

2025-ci ildə bu göstərici 7 milyon 227,494 min manat olduğu halda, 2024-cü ildə 14 milyon 413,337 min manat təşkil edib.

Bu isə 7 milyon 185,843 min manat və ya 49,85% azalma deməkdir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tramvay xətləri dövlət mülkiyyətində olacaq

04.06.2026

Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk

04.06.2026

Mopedlərlə bağlı yeni QAYDA

04.06.2026

"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər

04.06.2026

Hesablama Palatasına yeni səlahiyyət verilir

04.06.2026

275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək

04.06.2026

“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib

04.06.2026

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək

04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

04.06.2026

Bu universitetin Məzun Günü satınalması ləğv edildi

04.06.2026

“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb

04.06.2026

Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü

04.06.2026
Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

04.06.2026

Azərbaycan nefti bahalaşdı

04.06.2026

Azərbaycan əsilli şəxs milyarderə çevrildi, amma pullarından istifadə edə bilmir

04.06.2026

Hobbi olaraq başladılar, sərvət qazanırlar - 70 ton məhsul yığırlar

04.06.2026

Avro və rubl geriləməkdə davam edir

04.06.2026

Azərbaycanda marketinqin ən böyük 7 problemi

04.06.2026

Tələbə yataqxanalarında yaranan dünyanın nəhəng şirkətləri

04.06.2026

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

Məzənnə

Yüklənir...