İşğaldan azad olunmuş digər rayonlara avtobus reysi nə zaman olacaq? <span style="color: #ff0000;">- AÇIQLAMA</span>

Redaktor

26.01.2022 17:01
657

İşğaldan azad olunmuş digər rayonlara avtobus reysi nə zaman olacaq? - AÇIQLAMA

Yanvarın 24-də işğaldan azad edilmiş Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşüb.

Şuşa və Ağdama avtobus reyslərinin açılması Qarabağın azad edilmiş digər bölgələrindən olan sakinləri də öz torpaqlarını ziyarət etməyə həvəsləndirib. Bununla bağlı bir neçə rayondan olan sakinlər aidiyyatı qurumlara müraciət də ünvanlayıblar.

Şuşa və Ağdamın ardınca, Qarabağın digər rayonlarına da avtobus marşrutları açıla bilərmi?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş digər bölgələrə sakinlərin səfərinə növbəti mərhələdə baxıla bilər.

Nazirlikdən verilən məlumata görə, təhlükəsizlik, ərzilərdən minaların təmizlənməsi və s. məsələlər səbəbi ilə işğaldan azad olunan digər ərzilərə səfərlər hələ ki təşkil olunmur:

"Biz insanların həyatını təhlükəyə ata bilmərik. Həmin ərazilərdə infrastruktur qurulmalıdır. Bundan əlavə, insanların rahat səfər etmələri üçün bir çox çətinliklər var".

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərini ziyarət etmək istəyən vətəndaşlar yanvarın 24-dən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzui limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində açılan marşrutlardan istifadə edirlər.

Reyslər Əhmədbəyli - Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılır.

Marşrutlara bilet satışı onlayn qaydada həyata keçirilir. Vətəndaşlar "Yolumuz Qarabağa" portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mayda 14 gün iş olmayacaq

13.03.2026

Baş nazirdən inflyasiya ilə bağlı AÇIQLAMA

13.03.2026

Bakı metrosu ötən il 167 milyon qazanıb

13.03.2026

Bakıda 200 min mənzil inşa ediləcək

13.03.2026

Paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur

13.03.2026
Yanaşı iki mağaza - Necə olur ki biri yaxşı qazanır, digəri yox?

Yanaşı iki mağaza - Necə olur ki biri yaxşı qazanır, digəri yox?

13.03.2026

Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta ödənişləri 34% azalıb

13.03.2026
Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb

Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb

13.03.2026

Müharibə başlayandan İran kriptobirjalarından 10 mln. dollarlıq aktiv çıxarılıb

13.03.2026

Ali Məhkəmədən şərikli ticarətlə bağlı mühüm QƏRAR

13.03.2026

“Aqrarkredit” BOKT 7 əmlakını hərraca çıxarır - Qiymətlər

13.03.2026

Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 44 nəfər işdən çıxarıldı

13.03.2026

6 sığorta növü üzrə yanvarda yığım və ödəniş qeydə alınmayıb - SİYAHI

13.03.2026
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir?

Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? - SİYAHI

13.03.2026

İki kollecdə yeni təyinatlar olub

13.03.2026

Avro və rubl dəyər itirir

13.03.2026

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

13.03.2026

Özünə təyin etdiyi maaş şirkəti iflasa apardı - SƏHƏR OXUSU

13.03.2026

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

Məzənnə

Yüklənir...