İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib

Redaktor

08.12.2025 15:09
686

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də qlobal infrastruktur investisiya idarəetmə şirkəti "Global Infrastructure Partners"in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.

Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə "Global Infrastructure Partners" şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə "Italo" sürətli dəmir yolu operatoru və London Qatvik hava limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu dedi. Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlətimizin başçısı bu xüsusda "Global Infrastructure Partners" ilə tərəfdaşlığın əhəmiyyətini vurğuladı.

Adebayo Oqunlesi ARDNF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirdi.

Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpaolunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib.

Görüşdə şirkətin müxtəlif infrastruktur istiqamətlərində həyata keçirdiyi layihələr, qlobal enerji keçidi fonunda formalaşan yeni tendensiyalarla bağlı fikir mübadiləsi aparıldı, süni intellekt texnologiyalarının tətbiqi üzrə beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Qeyd edək ki, 2006-cı ildə yaradılan və 2024-cü ildə dünyanın ən böyük fəal idarəetmə şirkəti olan "BlackRock" tərəfindən satın alınan "Global Infrastructure Partners" hazırda təxminən 189 milyard ABŞ dolları məbləğində aktivləri idarə edir. "BlackRock" isə hazırda təxminən 14 trilyon ABŞ dollarına yaxın həcmdə aktivləri idarə etməklə, qlobal investisiya bazarında aparıcı mövqeyini qoruyur.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq

03.03.2026

Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək

03.03.2026

Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir

03.03.2026

“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb

03.03.2026

Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®

03.03.2026

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

03.03.2026

Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı

03.03.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

03.03.2026

“AzərGold” yanvarda ixracdan 19,3 milyon dollar qazanıb

03.03.2026

"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"

03.03.2026

Mark Zukerberq Mayamidə 170 milyon dollarlıq malikanə alıb

03.03.2026

İlham Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq

03.03.2026

Mərkəzi Bank “Fizza Pay”in vəzifəli şəxsini cərimələyib

03.03.2026

AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə

03.03.2026

Mərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb

03.03.2026

Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın

03.03.2026

“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə

03.03.2026

Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

03.03.2026

"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

03.03.2026

Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib

03.03.2026

Məzənnə

Yüklənir...