İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi

Redaktor

26.01.2026 15:12
175

İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi

Nizami Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib.

Valyuta.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Coşqun Cəbrayılov müvafiq əmrlər imzalayıb.

Belə ki, ləğv edilən Hüquq şöbəsinin müdiri Sabir Abbasəliyev işdən çıxarılıb. Şöbənin yerinə yaradılan Hüquq və kadr məsələləri sektoruna isə hələlik müdir təyin olunmayıb.

Bununla yanaşı ləğv edilən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rəşad Hüseynov da işini itirib. Yeni yaradılan Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna isə Tural Cavadov müdir təyin olunub. O, daha əvvəl isə ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin müdiri işləyib.

İnformasiya təminatı və təhlil sektorunu ləğv edildiyindən isə onun müdiri Cavid Qafarov başçının əmri ilə Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunda Baş məsləhətçi (əhali ilə görüşlərin təşkilatçısı) vəzifəsinə keçirilib.

İcra Hakimiyyətinin indiyədək baş mühasibi olan Sevinc Mollayeva da yeni yaradılan İnzibati işlər sektoruna müdir təyin olunub. Bununla da komendat, xadimə və sürücülərə rəhbərlik də ona həvalə olunub.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sığorta şirkətləri yığımlarını 151 milyondan çox artırıb - RENKİNQ

27.01.2026

ARDNF-in Avropa ölkələri üzrə investisiya portfeli azalıb

27.01.2026

Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

27.01.2026

"Sabit gəlirimizin 65%-i “gəlir tələsi”ndədir"

27.01.2026

Bu ölkədən Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb

27.01.2026

Ermənistan Azərbaycandan şəkər tozu almaq üçün danışıqlara başladı

27.01.2026

Azərbaycanda hotellər ötən il 653 mln. manat gəlir əldə ediblər

27.01.2026

Hazırda izləniləsi və ya investisiya ediləsi ən yaxşı texnologiya səhmləri

27.01.2026
Banklar saat 5-dən sonra niyə müştəri qəbul etmir?

Banklar saat 5-dən sonra niyə müştəri qəbul etmir?

27.01.2026

"Tesla"nın Avropa kabusu: Siyasi mübahisələrin qarşılığı ağır oldu

27.01.2026

"Google"a qarşı gizli dinləmə iddiası: 68 milyon dollarlıq qərar

27.01.2026

Pomidor ixracından əldə olunan gəlir 192 milyon dollara çatıb

27.01.2026

Sabahın hava proqnozu

27.01.2026

İşğaldan azad edilən ərazilərdə işlə təmin olunan vətəndaşların sayı məlum olub

27.01.2026

Prezident polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu - FOTOLAR

27.01.2026

Avtomobillər satışa çıxarılır - 1 170 manatdan

27.01.2026

Hasil Abbasov: "Azərbaycanda 60 mindən çox boş iş yeri var"

27.01.2026

"11 mindən çox qadın peşə hazırlığına cəlb olunub"

27.01.2026

“İnnovasiya və Təchizat Mərkəzi” 1,5 milyonluq tender elan edib

27.01.2026

İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi - FOTOLAR

27.01.2026

Məzənnə

Yüklənir...