Hər il nə qədər insanın alkoqol, siqaret və ultra emal olunmuş qidalardan ölür?

Redaktor

13.07.2024 20:10
628

Hər il nə qədər insanın alkoqol, siqaret və ultra emal olunmuş qidalardan ölür?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Avropada hər il təqribən 391 000 insan ultra emal olunmuş qidaların istehlakı səbəbindən ölür. ÜST qeyd edir ki, alkoqol, qalıq yanacaq və tütünlə birlikdə bu dörd sahə hər il 2,7 milyondan çox insanın ölümünə səbəb olur ki, bu da qitədəki bütün ölümlərin dörddə birini təşkil edir.

Valyuta.az xəbər verir ki, bu barədə "Olive Oil Times” yazır.

"Təxmin edilir ki, dünyada bütün ölümlərin ən azı üçdə biri (19 milyon) və qeyri-infeksion xəstəliklərdən ölümlərin 41%-i dörd kommersiya məhsulu: tütün, ultra emal olunmuş qidalar, qalıq yanacaqlar və spirtlə bağlıdır”, - ÜST hesabatında deyilir.

Ultra emal olunmuş qidaların dəqiq tərifi olmasa da, bütün dünyada istifadə edilən Nova təsnifat sistemi onları təbii inqrediyentlərdən minimum istifadə ilə əsasən və ya tamamilə qida və əlavələrdən əldə edilən maddələrdən hazırlanmış məhsullar kimi təsvir edir.

Hesabatda çox duzlu rasionların ildə 252.187 (ümumi sayının 2.27%), emal edilmiş ətli rasionlar (ildə 117.290 ölüm,% 1.07), şəkərli içkilər (ildə 15.606 ölüm,% 0.14) və çox transyağlı rasionlar (ildə 6.056 ölüm,%0.05) ölümə səbəb olduğu bildirilir. 

ÜST-ün hesabatı 2024-cü ilin fevralında "British Medical Journal”da dərc olunan məqalədən sonra hazırlanıb. Məqalədə qeyd olunurdu ki, ultra emal olunmuş qidaların yüksək istehlakı 30-dan çox sağlamlıq problemi ilə əlaqələndirilir. 

"Ultra emal olunmuş qidaların tez-tez istehlakı xərçəng, ciddi ürək və ağciyər xəstəlikləri, psixi sağlamlıq problemləri və vaxtından əvvəl ölüm də daxil olmaqla 32 mənfi sağlamlıq təsirinin riskini artırır", - Avstraliyanın Dikin Universitetinin tədqiqatının aparıcı müəllifi Melissa Leyn deyir. 

ÜST öz hesabatında iddia edir ki, ultra emal olunmuş qida istehsalçıları, xüsusən də COVID-19 pandemiyası zamanı hökumətlərə lobbiçilik etməklə və dövlət siyasətinə təsir göstərməklə öz məhsullarının qeyri-infeksion xəstəliklərə təsirini artırırlar.

ÜST-nin hesabatında deyilir: "COVID - 19 pandemiyası zamanı korporativ sosial məsuliyyətin təhlili göstərdi ki, zərərli məhsullar istehsal edən şirkətlər 90-dan çox ölkədən nümunələrdən istifadə edərək pandemiyadan öz xeyirlərinə istifadə ediblər".

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında həmçinin iddia edilir ki, qida sənayesi ultra emal olunmuş qida və içkilərə daha yüksək vergilərə qarşı çıxmaq üçün qlobal bərabərsizlik anlayışından istifadə edir.

Qida sənayesi nümayəndələri hesabatı tənqid edərək, onu əsassız adlandırıblar.

"Emal olunmuş qida istehlakını tütün və yanacaq sənayesi ilə müqayisə etmək məsuliyyətsiz və yanıldıcıdır. Qidalanma elmi bizə deyir ki, piylənmə və qeyri-infeksion xəstəliklərlə mübarizə aparmağın ən yaxşı yolu qidaların qida dəyərini və onların tez-tez yeyilməsini, həmçinin həyat tərzi seçimlərini nəzərə almaqdır”, - "FoodDrink Europe” ticarət assosiasiyasının elmi direktoru Rebekka Fernandez "Food Navigator”a deyib.

© Qaynarinfo.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dubayda qızıl endirimlə satılmağa başlanılıb

07.03.2026

Azərbaycan neftinin qiyməti 94 dolları keçdi

07.03.2026

Süni intellekt su ehtiyatlarını tükədir?

07.03.2026

“Aqrar Sığorta” ASC-nin ödənişləri 11,9 dəfə azalıb

07.03.2026

Qarajdan 900 milyon dollarlıq şirkətə - İşçilərinin toyunu və təhsilini maliyyələşdirən sahibkar - SƏHƏR OXUSU

07.03.2026

2026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq

06.03.2026

Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı

06.03.2026

Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı

06.03.2026

İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı

06.03.2026

Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi

06.03.2026

Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası

06.03.2026

BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq

06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

06.03.2026

“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb

06.03.2026

Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb

06.03.2026

“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb

06.03.2026

Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq

06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri

Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL

06.03.2026

"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb

06.03.2026

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®

06.03.2026

Məzənnə

Yüklənir...