Redaktor
Hakerlərin yeni silahı: pulsuz fayl çeviricilər!
ABŞ Federal Təhqiqat Bürosu (FTB) pulsuz internet əsaslı fayl çeviricilər, fayl birləşdiricilər və digər məhsuldarlıq alətlərinin hakerlər tərəfindən məlumat oğurluğu və zərərli proqram hücumları üçün istifadə edildiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, FTB-nin Denver Saha Ofisi bu barədə rəsmi açıqlama yayımlayaraq, çevrimçi pulsuz fayl çeviricilərlə bağlı artan dələduzluq halları barədə xəbərdarlıq edib. Qurum, bu tip dolandırıcılıq qurbanlarının mütləq hüquq-mühafizə orqanlarına müraciət etməli olduğunu bildirib.
FTB-nin hesabatına görə, hakerlər müxtəlif pulsuz fayl çevirmə və yükləmə xidmətləri vasitəsilə istifadəçiləri aldadaraq cihazlarına zərərli proqramlar yükləyirlər.
Şübhəli xidmətlər aşağıdakı funksiyaları təklif etdiklərini iddia edirlər:
.doc sənədlərini .pdf formatına çevirmək;
.jpg şəkillərini .pdf faylına birləşdirmək;
MP3 və MP4 yükləmə xidmətləri təqdim etmək.
Ancaq bu xidmətlərdən istifadə edən şəxslər fayl çevirdiklərini düşünərkən, fərqində olmadan cihazlarına virus və ya casus proqramlar yükləyə bilərlər.
Təhlükəsiz platformalar seçilməlidir
FTB bu cür onlayn alətlərdən istifadə edərkən yalnız etibarlı və tanınmış platformalara üstünlük verilməsinin vacibliyini vurğulayır.
Bu tip dolandırıcılıqlarda, fayl çevirilməsi uğurla tamamlanmış kimi görünsə də, yüklənən fayllara virus və ya digər zərərli proqramlar əlavə edilə bilər. Bu proqramlar:
Cihazlara ziyan vurmaq,
Şəxsi məlumatları oğurlamaq,
Fidyə proqramı hücumlarına şərait yaratmaq üçün istifadə edilə bilər.
Mütəxəssislər xəbərdarlıq edir ki, istifadəçilər məlumat təhlükəsizliyi və şəxsi məlumatlarının qorunması üçün etibarlı platformalardan istifadə etməli, şübhəli sayt və xidmətlərdən uzaq durmalıdırlar.
Bundan əlavə, dələduzluq qurbanlarının hüquq-mühafizə orqanlarına məlumat vermələri tövsiyə olunur. Siber təhlükəsizlik mütəxəssisləri rəqəmsal fəaliyyətlərdə daha diqqətli olmağa və güvənilməyən platformalardan çəkinməyə çağırır.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON
13.01.2026Daha 9 startap vergidən azad olundu
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
13.01.2026İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
13.01.2026Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb
13.01.2026İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub
13.01.2026İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub
13.01.2026
Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?
13.01.2026Azərbaycanda son 5 ildə nə qədər təbii qaz istehsal olunub?
13.01.2026Prezident Tərtər və Ağdərəyə səfər etdi
13.01.2026"Apple" geri addım atdı, yeni "Siri"ni ən böyük rəqibinə etibar etdi
13.01.2026"Alphabet"in bazar dəyəri 4 trilyon dolları keçdi
13.01.2026Azərbaycan Turizm Bürosunun sədr müavini işdən çıxıb - YENİ VƏZİFƏ
13.01.2026Sabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək
13.01.2026İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
13.01.2026Avropa bankları Bakı milyonçusunun pullarını qaytarmır
13.01.2026İlon Maskın sərvəti ilə nələr almaq olardı?
13.01.2026“Azercell" bu gündən qiymətləri qaldırdı
13.01.2026Rektor özünə müşavir təyin etdi - FOTO
13.01.2026