"Google Chrome" pullu xidmətə keçə bilər

Redaktor

30.12.2025 11:35
109

"Google Chrome" pullu xidmətə keçə bilər

İnternetdə gəzmə vərdişlərimizi kökündən dəyişən "Google Chrome" uzun illərdir pulsuz təcrübə təqdim edərək dünyanın ən populyar brauzerinə çevrilib. Lakin 2026-cı il bu vərdişin dəyişməyə başladığı il kimi tarixə düşə bilər. 

Valyuta.az xəbər verir ki, "Google"un üzərində işlədiyi və “vasitəçi (agentli) süni intellekt” adlandırılan yeni nəsil xüsusiyyətlərin, hamı üçün açıq olmadan əvvəl ödəniş divarının arxasında gizlədiləcəyinə dair güclü siqnallar var.

Hələlik rəsmi açıqlama verilməsə də, brauzerin kodları arasında gizlədilmiş ipucları "Chrome"un ən ağıllı xüsusiyyətlərinə çıxış üçün aylıq abunə haqqı ödəməli ola biləcəyimizi göstərir.

Əslində süni intellekt artıq "Chrome"un içinə daxil olub. Mövcud "Gemini" xüsusiyyəti sayəsində istifadəçilər ayrıca pəncərə açmadan veb saytları xülasə edə, "YouTube" videolarını təhlil edə və baxış tarixçəsi üzərindən sorğular verə bilirlər. Lakin sızdırılan yeni məlumatlar bu təcrübəni bir addım irəli aparan “vasitəçilər – agentlər” dövrünə işarə edir. Bu sistem təkcə məlumat vermir, sizin adınıza internetdə gəzir, restoran rezervasiyası edir, alış-veriş səbətini doldurur və hətta ödənişi tamamlayır. Məhz bu mürəkkəb və yüksək hesablama gücü tələb edən proseslər "Google"un ödənişli "AI Pro" və ya "AI Ultra" paketlərinə məxsus ola bilər.

2025-ci il "Perplexity Comet" və "ChatGPT Atlas" kimi süni intellekti mərkəzə alan yeni nəsil brauzerlərin yüksəlişi ilə əsl dönüş nöqtəsi olub. "Google" da bu yarışda geri qalmamaq üçün "Chrome"u sadə brauzerdən, istifadəçisi adından qərarlar verə bilən süni intellekt assistentinə çevirməyə çalışır. Bu cür inkişaf etmiş xüsusiyyətlərin niyə ödənişli ola biləcəyi isə xərclərlə izah olunur. Sadə bir çatbotla yazışmaqla bir botun sizin yerinizə internetdə əməliyyatlar aparması arasında ciddi server yükü fərqi mövcuddur. Hazırda bu inkişaf etmiş imkanların aylıq 20 dollardan başlayan peşəkar paket sahiblərinə təqdim ediləcəyi gözlənilir.

Bununla belə, bu vəziyyət "Chrome" istifadəçiləri üçün tamamilə pis xəbər sayılmır. "Google"un strategiyası adətən yenilikləri əvvəlcə ödənişli istifadəçilərə təqdim etmək, texnologiya yetkinləşdikcə və xərclər azaldıqca isə hamı üçün açmaq üzərində qurulub. Məsələn, "Chrome" daxilindəki ilk "Gemini" xüsusiyyətləri də bir vaxtlar ödənişli abunə tələb edirdi, lakin hazırda hamı tərəfindən pulsuz istifadə olunur. Buna görə də bu “ağıllı vasitəçilər"in bir gün bütün "Chrome" istifadəçiləri üçün standart hala gəlməsi güclü ehtimaldır. Amma hələlik görünən odur ki, texnologiyanın ön cəbhəsində olmaq istəyənlər bir müddət cibini açmalı olacaq.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Azərpambıq"ın xaricə satışdan gəlirləri 15,9 milyon dollar azalıb

31.12.2025

“Reprai” 1 milyon dollar investisiya alıb

31.12.2025

Azərbaycan banklarında kapitalın idarə olunmasına dair tələblər sərtləşdirilib

31.12.2025

AZAL-ın xalis mənfəəti 86%-ə yaxın artıb

31.12.2025

Məşhur tütün şirkəti 39 milyonluq məhsul ixrac edib 

31.12.2025

Neftimizin qiyməti cüzi artıb

31.12.2025

AZAL Ələt Azad İqtisadi Zonasında müəssisə yaradıb

31.12.2025

Milyonlarla yatırım alıb uğursuz olan startaplar - SƏHƏR OXUSU

31.12.2025

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31.12.2025

Üç ildə rekord həddə çatıb: Qlobal LNG ixracı 2025-ci ildə kəskin artıb

30.12.2025

Neft Fondu: Qızıla qısamüddətli gəlir mənbəyi kimi baxmırıq

30.12.2025

Heç bir zəngin bunu etiraf etmir - Onları daha da zəngin edən proses

30.12.2025

Metro və avtobusdan istifadə edilmədiyi halda kart balansından gediş haqqı NİYƏ ÇIXILIR?

30.12.2025

Ödəniş və elektron pul təşkilatlarına qarşı tələblər dəyişdi

30.12.2025

“WhatsApp”a yeni funksiya əlavə edildi

30.12.2025

Bu sığorta üzrə yığımlar 10 milyondan çox artıb

30.12.2025
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi

Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi

30.12.2025

"Citigroup" Rusiyadakı biznesinin satışına görə 1,1 milyard dollard zərərə düşəcək

30.12.2025

"SMIC" "SMNC"nin qalan hissələrini də satın alır - Qiymət

30.12.2025

"Bakı Gəmiqayırma Zavodu" AZAL-dan 5 milyon dollar faizsiz borc alıb

30.12.2025

Məzənnə

Yüklənir...