Redaktor
Gələn il pensiya və maaş nə qədər artacaq? - Deputat açıqladı
"2025-ci il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa, bu ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekununda nominal orta aylıq əmək haqqının 9.2 faiz artacağı gözlənilir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, gələn aydan etibarən artıq bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək: "9.2 faiz olacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bu o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində gələn aydan 46 manat artım olacaq. Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.
Ehtiyac meyarının 300 manata çatıdırlması isə gələn ildən ünvanlı sosial yardım almağa başlayacaq vətəndaşlarımızın sosial yardım məbləğinin artmasına səbəb olacaq. İlkin qiymətləndirmələrə görə, 900 manat gəlirli 5 nəfərlik ailə, əvvəl aldığı təxminən 525 manat əvəzinə, yeni ehtiyac meyarının tətbiqi ilə orta hesabıa 600 manat yardım alacaq. Bu isə təbii ki, daha çox ehtiyaca malik olan ailələrin daha yaxından dəstəklənməsi deməkdir".
©Qaynarinfo.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Azərpambıq"ın xaricə satışdan gəlirləri 15,9 milyon dollar azalıb
31.12.2025“Reprai” 1 milyon dollar investisiya alıb
31.12.2025Azərbaycan banklarında kapitalın idarə olunmasına dair tələblər sərtləşdirilib
31.12.2025AZAL-ın xalis mənfəəti 86%-ə yaxın artıb
31.12.2025Məşhur tütün şirkəti 39 milyonluq məhsul ixrac edib
31.12.2025Neftimizin qiyməti cüzi artıb
31.12.2025AZAL Ələt Azad İqtisadi Zonasında müəssisə yaradıb
31.12.2025Milyonlarla yatırım alıb uğursuz olan startaplar - SƏHƏR OXUSU
31.12.2025Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31.12.2025Üç ildə rekord həddə çatıb: Qlobal LNG ixracı 2025-ci ildə kəskin artıb
30.12.2025Neft Fondu: Qızıla qısamüddətli gəlir mənbəyi kimi baxmırıq
30.12.2025Heç bir zəngin bunu etiraf etmir - Onları daha da zəngin edən proses
30.12.2025Metro və avtobusdan istifadə edilmədiyi halda kart balansından gediş haqqı NİYƏ ÇIXILIR?
30.12.2025Ödəniş və elektron pul təşkilatlarına qarşı tələblər dəyişdi
30.12.2025“WhatsApp”a yeni funksiya əlavə edildi
30.12.2025Bu sığorta üzrə yığımlar 10 milyondan çox artıb
30.12.2025