“Endirimdə alınan məhsulu geri qaytara bilərsiniz, amma…”

Redaktor

04.11.2025 13:27
728

“Endirimdə alınan məhsulu geri qaytara bilərsiniz, amma…”

Endirim mövsümlərində alıcılar fürsətləri qaçırmamaq üçün tez-tez alış-verişə tələsirlər. Lakin bəzən alınan məhsul gözlənilən kimi olmur və geri qaytarmaq zərurəti yaranır. Bəzi mağazalarda isə endirimdə olan mallar üçün “geri qaytarılmır” yazısını görürük. Bu, qanunla doğrudurmu? 

Hüquqşünas Ceyhun Məmmədov Valyuta.az-a açıqlamasında bildirir ki, əslində, belə yazıların çoxu istehlakçını çaşdırmaq məqsədi daşıyır: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, endirimdə satılan məhsul da digər məhsullar kimi qaytarıla bilər. Qanun endirim faktını məhsulun geri qaytarılmamasına əsas kimi qəbul etmir. Əgər məhsulda istehlak xüsusiyyətinə təsir edən qüsur aşkarlanarsa, müştəri onu qaytara və ya dəyişdirə bilər”.

Bəs məhsul endirimdə yalnız görünüş qüsuruna görə satılıbsa, o zaman necə?

“Bu, istisna haldır. Əgər satıcı alıcıya əvvəlcədən bildiribsə ki, məhsul endirimdədir, çünki məsələn, üzərində cızıq var və alıcı bu şərtlə razılaşıbsa, o zaman həmin səbəbdən qaytarma tələb etmək hüquqi əsas sayılmır. Yəni, alıcı artıq məlumatlı şəkildə alıbsa, sonradan eyni səbəbi irəli sürə bilməz”.

C.Məmmədov qeyd edir ki, ümumiyyətlə endirimdə olan məhsulun qaytarılması bəzi şərtlərlə mümkündür: “Əgər məhsulda istehsal qüsuru varsa, yəni alıcı onu alarkən görmək və ya bilmək imkanında olmayıbsa, bu zaman endirimdən asılı olmayaraq, geri qaytarmaq hüququ var. Amma sadəcə “fikrimi dəyişdim” səbəbi ilə qaytarmaq yalnız bəzi hallarda, məsələn, geyim, ayaqqabı və s. üçün mümkündür. O da məhsul istifadə olunmayıbsa və satış qablaşdırması qorunubsa”.

Satıcı “endirimli məhsul dəyişdirilmir və qaytarılmır” desə, bu halda istehlakçı nə etməlidir?

“İstehlakçı ilk növbədə mağazaya yazılı şəkildə - ərizə formasında müraciət etməlidir. Əgər cavab verilməzsə, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilər. Qanun bu sahədə istehlakçının tərəfindədir, sadəcə hüquqlarını bilmək lazımdır” - deyə hüquqşünas bildirir.

C.Məmmədov alıcılara endirimdə olan məhsulu almazdan əvvəl endirimin səbəbini soruşmağın vacibliyini qeyd edir: “Hər endirim qüsura görə olmur – bəzən sadəcə kampaniya xarakteri daşıyır. Əgər məhsulda gizli qüsur varsa, hüququnuzdan istifadə edin və qorxmayın – qanun sizi qoruyur”.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

 Bakı metrosunda interval azaldılacaq? - Rəsmi

20.01.2026

Stolüstü kompüter istehsalı 52% azalıb

20.01.2026

Trampdan qərar: Fransa şərablarına yüksək rüsum tətbiq ediləcək

20.01.2026

Ceyhun Bayramov: İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdəyik

20.01.2026

Qızılın qiyməti 4700 dolları ötüb

20.01.2026

DYP-dən sürücülərə xəbərdarlıq

20.01.2026

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

20.01.2026

Mərkəzi Banka ən çox borcu olan BANKLAR - CƏDVƏL

20.01.2026

ABŞ-nin dövlət borcu rekord həddə çatdı

20.01.2026

Niyə pulumuzu idarə etməkdə çətinlik çəkirik? - SƏHƏR OXUSU

20.01.2026

20 Yanvar faciəsindən 36 il ötür

20.01.2026

Avtomobillərdə bir dövrün sonu: Kapotu açanda həmin çubuğu niyə görmürük?

19.01.2026

"Nvidia" atonom sürüşdə "Tesla"ya rəqib olmağa hazırlaşır

19.01.2026

Məzənnə

Yüklənir...