Əfsanəvi "Qran-Pri" avtomobili hərracda rekord qiymətə satıldı (FOTO)

Redaktor

02.02.2025 13:23
333

Əfsanəvi "Qran-Pri" avtomobili hərracda rekord qiymətə satıldı (FOTO)

"Formula 1"in əfsanəvi pilotları Stirlinq Moss (Stirling Moss) və Xuan Manuel Fanxio (Juan Manuel Fangio) tərəfindən 1955-ci ildə idarə olunan aerodinamik "Mercedes" avtomobili dünən keçirilən hərracda 51,155 milyon avroya (53,01 milyon dollar) satılaraq, "Qran-Pri" avtomobilləri üçün yeni rekord müəyyən edib.  

Valyuta.Az xəbər verir ki, avtomobilin ilkin qiyməti 50 milyon avrodan çox qiymətləndirilirdi. Hərrac zamanı təkliflər sürətlə 40 milyon avroya çatıb, lakin 5 milyon avroluq artımlardan sonra maraq azalıb və yekun olaraq, 46,5 milyon avro qiymətində satılıb.  

Nəticədə, alıcı mükafatını da əhatə edən yekun məbləğ 51,155 milyon avro olub. Avtomobilin kimə satıldığı hələ açıqlanmayıb.  

Bu avtomobil 1955-ci ildə Buenos-Ayres "qran pri"sində beşqat dünya çempionu Fanxio tərəfindən idarə olunaraq qalib gəlib. Həmin vaxt avtomobil daha ənənəvi, siqarşəkilli gövdəyə və tam açıq təkərlərə malik olub.  

Daha sonra Moss eyni avtomobili Monzada keçirilən İtaliya "qran pri"sində, təkərləri örtən genişləndirilmiş aerodinamik gövdə ilə idarə edib. O, yarışdan geri çəkilməzdən əvvəl 215,7 km/saat (134,0 mil/saat) orta sürətlə ən sürətli dövrəni keçib.  

Qeyd edək ki, indiyə qədər hərracda satılmış ən bahalı avtomobil 2022-ci ilin mayında 135 milyon avroya alıcı tapan 1955-ci il istehsalı "Mercedes 300SLR Uhlenhaut Coupe" modelidir. Buna qədər hərracda satılan ən bahalı "qran pri" avtomobili isə 2013-cü ildə İngiltərənin Qudvud şəhərində 29,6 milyon dollara satılmış, 1954-cü il istehsalı digər bir eks-Fanxio "Mercedes W196" modeli idi.  

{gallery}

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"PUA bazarının 65 faizi Türkiyənin əlindədir"

15.03.2026

Bakıda ucuz qiymətə satılan həyət evlərini almaq olar?

15.03.2026

Uşaqlı turistlər üçün Avropanın ən yaxşı şəhərləri - TOP-10

15.03.2026

Lüks brendlər 100 milyonluq məhsullarını məhv edirlər - Səbəb

15.03.2026

Forbes: Dünyada 22 məşhur milyarder var - Onların sərvətləri nə qədərdir?

15.03.2026

Məktəb şkafından ilhamlanıb biznes quran bacılar milyonlar qazanır - SƏHƏR OXUSU

15.03.2026

Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

14.03.2026

Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? - VİDEO

14.03.2026

Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

14.03.2026

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Məzənnə

Yüklənir...