<span style="color: #ff0000;">E-avro nədir?</span> - Avropa Mərkəzi Bankının yeni planı haqqında

Redaktor

01.09.2021 14:22
1,425

E-avro nədir? - Avropa Mərkəzi Bankının yeni planı haqqında

“Euronews” telekanalının internet səhifəsində “E-avro nədir? Avropa Mərkəzi Bankının yeni rəqəmsal avro layihəsi” başlıqlı yazı yerləşdirilib. 

Valyuta.az Novator.az-a istinadən yazını təqdim edir.

Bu yaxınlarda Avropa Mərkəzi Bankı avro valyutasının rəqəmsal versiyasını yaratmaq istədiyini açıqlayıb.

COVİD-19 pandemiyası ucbatından dünyada nağd ödənişlərə tələbatın azaldığı indiki dövrdə Avropa Mərkəzi Bankı bitkoin kimi kriptovalyutaların yüksəlişini yaxından izləyir.

Mərkəzi Bank yaxın 5 ildə dövriyyəyə buraxılacaq və avro zonasında yaşayanların təhlükəsiz şəkildə ödənişlər edə biləcəyi elektron avro layihəsi üzərində işləyir.

Bankın prezidenti Kristin Laqard mediaya açıqlamasında deyib: “Məqsədimiz rəqəmsal dövrdə vətəndaşlara və firmalara ən etibarlı pul formasını təklif etməkdir”.

E-avro nə deməkdir?

Elektron avro və ya e-avro dəmir və kağız pulların elektron versiyası deməkdir. Bu rəqəmsal pulqabı kommersiya banklarında yox, Avropa Mərkəzi Bankında saxlanacaq.

Bu, digər banklarda əmanət saxlamaqdan, itmək və oğurlanmaq ehtimalı olan nağd pulları gəzdirməkdən daha təhlükəsizdir.

Amma Mərkəzi Bank iddia edir ki, rəqəmsal avro nağd pulu əvəz etməyəcək, sadəcə yeni imkanlar verərək mükəmməlləşdirəcək.

Məqsəd sadəcə sürətli, asan, etibarlı ödənişlərə şərait yaratmaq, həmçinin “Visa”, “MasterCard” və “PayPal” kimi rəqəmsal ödəniş xidmətləri arasında rəqabəti qorumaqdır.

Amma məsələnin təfərrüatı hələ bəlli deyil. Növbəti 2 ildə Avropa Mərkəzi Bankı elektron avronun yaradılması üçün hansı texnologiyanın daha uyğun olduğunu aydınlaşdırmalıdır.

Niyə indi?

Dünyadakı digər mərkəzi banklar kimi Avropa Mərkəzi Bankı da elektron ödəniş sistemlərinə artan tələbatı nəzərə alır və bitkoin, əvvəllər libra adıyla tanınan diem kimi rəqəmsal valyutaların yanında yer almaq istəyir.

Avropa Mərkəzi Bankı narahatdır ki, rəqəmsal valyutalar bumu yalnız özəl şirkətlərə və xarici valyutalara fayda verə bilər.

2019-cu ildə “Facebook” şirkəti öz valyutasını yaratmaq qərarını açıqlayandan bəri Avropa Mərkəzi Bankı rəqəmsal valyuta istiqamətində araşdırmasını daha da sürətləndirib. “Facebook”un öz valyutasını yaratmaq qərarını çoxları mərkəzi bankların fəaliyyətinə təhlükə kimi qiymətləndirir.

Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Fabio Panetta fərdi bloqunda yazıb: “Uzun əsrlər boyu suveren dövlətlər öz valyutasına sabitliyin, təhlükəsizliyin və vətəndaşların dövlətə inamının simvolu kimi yanaşıb. Pulun vətəndaşlara ictimai fayda gətirməsini təmin etmək mərkəzi bankların vəzifəsidir. İndi cərəyan edən rəqəmsal transformasiyanın ödəniş aləmini, hətta bütün maliyyə sistemini dəyişmək potensialı var. Buna görə də mərkəzi banklar nikbin olmalıdır və baş verən dəyişikliklərlə uyğunlaşmalıdır”.

Meydanda elektron avroya yer qalıbmı?

Rəqəmsal valyuta meydanında getdikcə daha böyük izdiham yaşanır.

1 elektron avro 1 avroya bərabər olacaq. Yəni e-avronun fiziki avro valyutasından fərqi olmayacaq. Həm də onun dəyərini Avropa Mərkəzi Bankı dəstəklədiyinə görə e-avro indi maliyyə tənzimləyicilərinin hər gün diqqətlə müşahidə etdiyi özəl rəqəmsal valyutalar qədər dəyişkən olmayacaq.

Fabio Panetta bildirir:

“Elektron avro Avropa Mərkəzi Bankına nağd pul kimi bağlı olacaq, ona görə də burada likvidlik riski, kredit riski və bazar riski yoxdur”.

Bitkoin apreldə rekord səviyyəyə yüksələrək 65 min dollar olmuşdu, amma sonra 50 faiz endi. Bunun əsas səbəbi çinlilərin kriptovalyuta ticarətinə basqısı idi.

Steyblkoin adlanan kriptovalyutalar isə daha az dəyişkəndir, çünki dəyəri ABŞ dolları kimi ənənəvi valyutalara bağlıdır. “Facebook” çoxdandır gözlədiyi diem layihəsi üçün də bu yolu seçib.

Daha bir neçə mərkəzi bank öz virtual pul vahidini təklif etmək istəyir. Bunlardan biri sabit və risksiz alternativ kimi baxılan, “Mərkəzi Bankın rəqəmsal valyutaları” adlanan virtual pul layihəsidir.

Çinin Mərkəzi Bankı elektron yuan üzərində işləyir, Böyük Britaniya isə “Britkoin” adı altında öz rəqəmsal valyutasına start verməyi planlaşdırır.

Qeyri-müəyyən gələcək

Almaniyanın “Deutsche Bank” bankının analitiki Hayk May deyir: “Elektron avronun qarşısında duran əsas problem insanları mövcud ödəniş növlərindən yenisinə keçməyə inandırmaqdır”.

Bu inam zamanla formalaşa bilər, avropalılar minimum xərclə sürətli pul köçürmələri etdikcə e-avrodan istifadəni artıra bilərlər.

Digər tərəfdən e-avro təhlükəsizliyinə görə daha cəlbedici görünsə, kommersiya bankları sıradan çıxa bilər.

Bu səbəbdən Avropa Mərkəzi Bankı indidən xəbərdarlıq edir ki, çox güman, istifadəçilərin hesabında maksimum 3 min elektron avronun olmasına icazə veriləcək, bundan artıq e-avroya sahib olmaq istəyənlərdən isə böyük ehtimalla vergi tutulacaq. //Euronews.com

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tanınmış jurnalistə televiziyada vəzifə verildi

15.06.2026

Öz vəsaiti hesabına ipoteka krediti verən banklar - ŞƏRTLƏR

15.06.2026

Bankların kredit vermədiyi biznesdə müştərilər şirkətin ortağı oldu- "BrewDog" un uğur hekayəsi

15.06.2026

Azərbaycanda qadınlar üçün xüsusi istiqrazlar dövriyyəyə buraxılacaq

15.06.2026

Paytaxtda irimiqyaslı Özəl Sektor Forumu keçiriləcək

15.06.2026

Bank olmayan kredit təşkilatlarında faizlər nəyə əsasən müəyyən edilir? - VİDEO

15.06.2026

H&M: Qlobal sürətli moda və davamlı üslubun lideri

15.06.2026

Dünyanın ən bahalı 10 video oyun konsolu

15.06.2026

Tayvanın 50 ən varlısı 2026: AI tələbi ilə sərvət 56% artaraq 308 milyard dollara çatdı

15.06.2026

Karyera davamlılığının açarı: Yaradıcılıq və düşüncə genişliyi

15.06.2026

Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olundu

15.06.2026

"Meta" 2 milyardlıq startap satınalma müqaviləsindən geri çəkilir

15.06.2026

Hesablama Palatası: "Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb"

15.06.2026

Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi

15.06.2026

Əməliyyat sayını artıran 3 investisiya şirkəti - SİYAHI

15.06.2026

Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək

15.06.2026

Azərbaycanda çıxarışlı torpaqlara maraq artdı - Sotun ən ucuzu 5, ən bahası yarım milyon manata qədərdir

15.06.2026

ABŞ və İran arasında memorandum layihəsinə 300 milyard dollarlıq yenidənqurma planı daxildir – TAM SİYAHI

15.06.2026

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

15.06.2026

Bəzi rayonlara intensiv yağış yağır

15.06.2026

Məzənnə

Yüklənir...