Neft Fondundan ərəb şirkətinə 1 milyard dollarlıq investisiya yatırımı

Redaktor

28.01.2026 17:06
66

Neft Fondundan ərəb şirkətinə 1 milyard dollarlıq investisiya yatırımı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu (“TAEF”) CVC DIF ilə tərəfdaşlıq çərçivəsində, DIF VII fondunun “PAL Cooling Holding” (“PAL”) şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb.

Valyuta.az ARDNF-in yaydığı məlumata istinadən xəbər verir ki, TAEF və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.

2025-ci ilin iyununda qlobal özəl bazarlar üzrə aparıcı investisiya meneceri CVC-nin infrastruktur strategiyası olan CVC DIF və “Tabreed” dünyanın aparıcı mərkəzləşdirilmiş soyutma şirkətlərindən biri olan “PAL Cooling Holding”in alınması ilə bağlı razılığa gəlib. Beləliklə, CVC DIF və “Tabreed” tərəfindən yaradılmış birgə müəssisə vasitəsilə PAL şirkəti 50/50 faizlik pay bölgüsü əsasında əldə olunub, sövdələşmənin kapital dəyəri isə təxminən 3,8 milyard BƏƏ dirhəmi təşkil edib.

“PAL Cooling Holding” Birləşmiş Ərəb Əmirliklərində mərkəzləşdirilmiş soyutma xidmətləri üzrə ikinci ən böyük operatordur. Şirkət orta hesabla 25 il müddətinə qüvvədə olan səkkiz uzunmüddətli konsessiya çərçivəsində fəaliyyət göstərir və 45 mindən çox müştəriyə xidmət edir. “PAL” ölkənin əsas inkişaf zonalarında etibarlı, səmərəli və dayanıqlı soyutma infrastrukturunun qurulmasında mühüm rol oynayır.

TAEF və ARDNF-in CVC DIF ilə birgə əməkdaşlığı kapital imkanları və sahə üzrə dərin təcrübəsi ilə seçilən üç institusional investoru vahid platformada birləşdirərək PAL-ın əməliyyat dayanıqlığını gücləndirməklə yanaşı, şirkətin uzunmüddətli inkişaf strategiyasının icrasına dəstək verir.

“Tabreed” isə CVC DIF ilə birgə müəssisədə 50 faizlik payını saxlayaraq mərkəzləşdirilmiş soyutma sahəsindəki geniş təcrübəsini layihəyə cəlb edir. 1998-ci ildə təsis edilən “Tabreed” BƏƏ-də bu sahədə fəaliyyət göstərən ilk şirkətlərdən biridir, “Dubai Financial Market”də listinqdədir və hazırda altı ölkədə 99 obyektə sahib olmaqla onları idarə edir.

TAEF-in baş icraçı direktoru Xalid Al-Ruvey bildirib: “PAL layihəsi üzrə bu əhəmiyyətli investisiya çərçivəsində CVC və Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə tərəfdaşlıq etməkdən məmnunuq. Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinin artırılmasında mühüm rol oynayır və biz əməliyyat baxımından yüksək göstəricilərə malik bir platformaya dəstək veririk. Bu əməkdaşlıq “TAEF”-in uzunmüddətli dəyər və real təsir yaradan keyfiyyətli investisiya platformalarına və tərəfdaşlıqlara yönəlmiş strateji yanaşmasını əks etdirir”.

ARDNF-in İcraçı direktorunun müavini Rövşən Cavadov qeyd edib: “Bu mühüm layihədə iştirakımız ARDNF-nin Birləşmiş Ərəb Əmirliklərinə və ümumilikdə Körfəz regionuna olan strateji marağının bariz göstəricisidir. Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinə əsaslanan müasir şəhərsalmanın vacib tərkib hissəsidir və bu investisiya transmilli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də strateji tərəfdaşlıqların qurulması ilə bağlı məqsədlərimizə xidmət edir. Etibarlı tərəfdaşlarla birlikdə, regionun daha geniş dayanıqlılıq hədəflərinə töhfə verən konsorsium çərçivəsində Əbu-Dabidə investisiya fəaliyyətimizi genişləndirməkdən məmnunuq”.

CVC DIF-in investisiya üzrə direktoru və partnyoru Allard Ruis bildirib: “ARDNF və TAEF ilə qurduğumuz bu tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq CVC-nin regiona, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə olan uzunmüddətli öhdəliyi və ölkə üzrə inkişafı dəstəkləyən bizneslərə investisiya strategiyası ilə tam uzlaşır. “PAL Cooling” yüksək keyfiyyətli investisiya layihəsidir və bütün investorlarımız üçün sabit gəlirlilik təmin etməklə yanaşı, uzunmüddətli artım və dayanıqlı dəyər yaradılması baxımından da əhəmiyyətli potensiala malikdir”.

 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ötən il təhsilə nəzərdə tutulandan 319 mln. manat az xərclənib

28.01.2026

Elektron satınalma hesabına büdcəyə 786,6 milyon manat qənaət edilib!

28.01.2026

Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vergi güzəştləri ola bilər

28.01.2026

TikTok artıq sizi izləyir - Özünüzü necə qorumalısınız?

28.01.2026

"Samsung" bu markadan bir milyon ədəd istehsal edəcək

28.01.2026

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28.01.2026

Neft Fondundan ərəb şirkətinə 1 milyard dollarlıq investisiya yatırımı

28.01.2026

Özəl bankların iqtisadiyyata kredit qoyuluşu 22 milyard manatı keçib

28.01.2026

“IDEALISE 2” inkubasiya proqramına qeydiyyat başladı!

28.01.2026
Startap rəhbəri: Yeni onlayn platformamız vasitəsilə bina idarəçiliyi tam şəffaf və effektiv olur

Startap rəhbəri: Yeni onlayn platformamız vasitəsilə bina idarəçiliyi tam şəffaf və effektiv olur - MÜSAHİBƏ

28.01.2026

Pulu necə gəldi xərcləməyi dayandırmağın 5 əsas yolu

28.01.2026

Elçin Quliyev generalı rəis təyin etdi

28.01.2026

Gömrük Komitəsi büdcə üzrə proqnozu yerinə yetirə bilməyib - Nazirlik

28.01.2026

Azərbaycanın dövlət borcu açıqlandı

28.01.2026

Amerikalı investor: "Bakının startap ekosistemi inkişaf edir"

28.01.2026

"TikTok"u silənlərin sayı 150 faiz artdı, yeni bir tətbiq zirvəyə çıxdı

28.01.2026

İcra başçısının sabiq köməkçisi həbs olundu - Nazirlikdə iş vədi

28.01.2026

"Bitcoin" üçün yeni dəstək səviyyəsi: 62 min dollar kritik həddə çevrilir

28.01.2026

"Unibank" kartlarından nağdlaşdırmaya yeni limit tətbiq ediləcək

28.01.2026

"Anthropic" startapı 10 milyard dollardan çox investisiya cəlb etdi

28.01.2026

Məzənnə

Yüklənir...