Redaktor
Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib
2025-ci ilin 11 ayında (yanvar-noyabr) dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat, xərcləri 31 milyard 414,7 milyon manat təşkil edib.
Valyuta.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 15 milyard 310,5 milyon manat təşkil edərək proqnozdan 745,5 milyon manat və ya 5,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 41,6 milyon manat təşkil edərək proqnozdan 10,2 milyon manat və ya 32,5 faiz çox, Dövlət Neft Fondundan transfert isə 13 274,3 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 752,2 milyon manat təşkil edərək proqnoza qarşı 96,6 faiz (proqnozdan 3,4% bəndi az), dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 592,3 milyon manat təşkil edərək proqnoza qarşı 72,7 faiz, sair daxilolmalar isə 654,7 milyon manat təşkil edərək proqnoza qarşı 99,1 faiz icra olunub.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026