Redaktor
Dövlət başçısı: Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır
Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlət başçısı deyib ki, onlardan 10-u Avropa İttifaqının üzvü, 11-i isə eyni zamanda NATO-nun üzvüdür:
“Həmin ölkələr üçün hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və siyasi gündəliyi heç zaman biznes ilə qarışdırmırıq və bu, bizim üçün qlobal enerji bazarında beynəlxalq fəaliyyətimizi genişləndirmək üçün yaxşı fürsətdir. Artıq müzakirə etdiyimiz daşımalar layihələri region üçün böyük imkanlar yaradır. Çünki biz 30 il ərzində Ermənistanın təcavüzünə və işğalına məruz qalma faktına baxmayaraq, Azərbaycan məhz ərazilərinin azad olunması, güc və siyasət vasitəsilə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra birinci addım atdı və 2025-ci il avqustun 8-də Prezident Trampın köməyi ilə sülh quruldu”.
İlham Əliyev Azərbaycanın Ermənistana bütün tranzit yüklərə məhdudiyyətləri aradan qaldırdığını da söyləyib:
“Hazırda biz Ermənistana bütün tranzit yüklərə məhdudiyyətləri aradan qaldırmışıq. Çünki Ermənistanın etibarlı daşımalar, əlaqə marşrutları yoxdur və beləliklə, Azərbaycan tranziti onlar üçün çox əhəmiyyətlidir. Biz əməkdaşlığın ilk elementlərini qurmaq üçün Ermənistana neft məhsullarını təchiz etməyə başladıq”.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026