Redaktor
Çöldə yemək yeyərkən maaşınızı israf edən 5 pis vərdiş
İstər daha çox, istərsə də az xərcləyin, restoranlara gedərkən xərcləri azaltmağın yolları demək olar ki, həmişə mövcuddur. Bəziləri planlaşdırma tələb edir — məsələn, büdcə yaratmaq və ya kupon axtarmaq — digərləri isə birbaşa restoranda tətbiq oluna bilər.
Aşağıda maaşınızın daha az hissəsini çöldə yeməyə sərf etməyiniz üçün tərk etməli olduğunuz bəzi pis vərdişlər təqdim olunur:
Büdcə planının olmaması
Ən başlıcası – "Ramsey Solutions"un tövsiyəsinə görə, çöldə yemək zamanı pulunuza qənaət etməyin ən yaxşı yolu büdcə planı hazırlamaqdır. Beləliklə, ay ərzində çöldə yeməyə nə qədər pul xərcləyəcəyinizi əvvəlcədən bilmiş olarsınız.
Endirim və kampaniyalardan yararlanmamaq
Tənbəlliyə qapılmayın. Əgər restoranda yemək yeməyi planlaşdırırsınızsa, ən azından həmin məkanın hansı endirimlər təklif etdiyini yoxlayın. "The Penny Hoarder"ə görə, bəzi restoranlarda ehtimal olunan kampaniyalar, uşaqlar üçün pulsuz yeməklər və kuponlar mövcud olur.
Eqoist davranmaq
Bu tövsiyə həm xərclərə, həm də kalori qəbuluna qənaət etməyə kömək edə bilər. Hər kəsin ayrı-ayrı yemək sifariş etməsi əvəzinə, paylaşmaq üçün uyğun seçimlərə baxın. Məsələn, iki bəzəkli yemək və garnirdən ibarət steyk və krevetli menyu kifayət qədər dolğun ola bilər. Digər üsul isə böyük porsiyon sifariş edib yarısını evə aparmaqdır.
Çatdırılma tətbiqlərinə güvənmək
Əgər yemək sifarişi üçün tətbiqlərdən istifadə edirsinizsə, yeməyin çatdırılma zamanı nə qədər baha başa gəldiyini yəqin ki, bilirsiniz. Bunun əvəzinə, bir az gəzintiyə çıxıb restorana gedə və ya işdən evə dönərkən yolda yeməyi götürə bilərsiniz.
Sosiallaşma xərclərini şişirtmək
Bir çox insan çöldə yeməyi dostları və ailəsi ilə vaxt keçirmək üçün seçir. Lakin bu zaman bahalı restoranda daha çox pul xərcləyə bilərsiniz. "Ramsey Solutions" bunun əvəzinə, qəhvə və ya çay içmək üçün görüşməyi və ya növbə ilə bir-birinizin evində yemək yeməyi tövsiyə edir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026