Devalvasiyadan sonra əhalinin gəlirləri cəmi 6 faiz artıb - SƏBƏB

Redaktor

10.02.2024 15:45
3,295

Devalvasiyadan sonra əhalinin gəlirləri cəmi 6 faiz artıb - SƏBƏB

2015-ci ildə baş verən iki böyük devalvasiyadan və 2020-ci ildə qeydə alınan pandemiyadan sonra ölkəmizdə bir neçə il yüksək inflyasiyanın baş verməsi əhalinin real gəlirlərinin artım sürətini xeyli zəiflədib. Ötən səkkiz il müddətində əhalinin nominal gəlirlərinin xeyli artmasına baxmayaraq, inflyasiya səviyyəsinin çox yüksək olması əhalinin real gəlirlərinin artım imkanlarını məhdudlaşdırıb. 

Xatırladaq ki, 2015-ci il devalvasiyalarından sonra 2016 və 2017-ci illərdə yüksək qiymət artımı baş verdi. Daha sonra 2018, 2019 və 2020-ci illərdə inflyasiya tempi azalsa da 2021, 2022 və 2023-cü illərdə yenidən artdı. 

İnflyasiyanın həddən artıq yüksəlməsi əhalinin nominal gəlirlərinin 90 faizdən çox hissəsini “yedi”. 

Baş verənləri rəqəmlərdən daha aydın görmək mümkündür. 2016-cı ildə əhalinin gəlirləri 41,745 milyard manat idi. Gəlirlər 2023-cü ildə 78,05 milyard manata çatıb. Müqayisədən görünür ki, səkkiz il ərzində əhalinin nominal gəlirləri 36,305 milyard manat, yəni 87 faiz artıb. 

Nominal gəlirlərdə böyük artımın olmasına baxmayaraq, inflyasiya da güclü olduğundan bu gəlirlərin xeyli hissəsi dəyərsizləşib. Belə ki, 2016-2023-cü illərdə Azərbaycanda inflyasiya 81 faizi ötüb. 

İnflyasiyanın 81 faiz olması o deməkdir ki, əhalinin real gəlirləri səkkiz il ərzində cəmi 6 faiz artıb. 

Bu fakt bir daha onu sübut edir ki, ölkədə yüksək inflyasiyanın olması əhalinin alıcılıq qabiliyyətinin artım imkanlarını məhdudlaşdırır, əhali daha çox pul xərcləyir və nəticədə yığım imkanları azalır. Buna görə də inflyasiyanın daha məqbul səviyyədə olması əhali üçün böyük əhəmiyyət kəsb edir. //Sfera.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Qeyri-bank kredit təşkilatlarına kredit qoyuluşu 1,88 milyard manatı ötüb

06.03.2026

Sabah Bakıda yağış yağacaq

06.03.2026

Dövlət Vergi Xidmətinin milyonluq layihəsini udan şirkət məlum oldu

06.03.2026

Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi - SİYAHI

06.03.2026
Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə

Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə - Qiymət

06.03.2026
Azərbaycana təhsil üçün gələn tələbələr hansı proseslərdən keçirlər?

Azərbaycana təhsil üçün gələn tələbələr hansı proseslərdən keçirlər?

06.03.2026

Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu ®

06.03.2026

“Bakı Mühəndislik Universiteti” 386 minə aviabilet alır

06.03.2026

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib

06.03.2026

DOST mərkəzləri bu tarixlərdə işləməyəcək

06.03.2026
Banklar sahibkarlara nə qədər kredit verib?

Banklar sahibkarlara nə qədər kredit verib? - MƏBLƏĞLƏR

06.03.2026

Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı

06.03.2026

Azərbaycanın Türkiyəyə neft ixracı 4,8 dəfə artıb

06.03.2026
"Xalq Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma

"Xalq Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma

06.03.2026
 “1.000 manatlıq məhsul itirən şirkət 10.000 manatlıq əlavə satış etməlidir”

“1.000 manatlıq məhsul itirən şirkət 10.000 manatlıq əlavə satış etməlidir”

06.03.2026

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşdı

06.03.2026
Azərbaycanlı gənclər restoranlara qazandıran startap yaradıblar

Azərbaycanlı gənclər restoranlara qazandıran startap yaradıblar

06.03.2026

"Avromed" 16 milyonluq tenderi uddu

06.03.2026

Avro bahalaşarkən rubl dəyər itirir

06.03.2026

Əmtəə bazarlarında qızılın qiyməti artır

06.03.2026

Məzənnə

Yüklənir...