Çində breyk-dans edə bilən robot təqdim olundu, qiyməti açıqlandı (VİDEO)

Redaktor

26.12.2024 22:57
859

Çində breyk-dans edə bilən robot təqdim olundu, qiyməti açıqlandı (VİDEO)

"Unitree Robotics" şirkəti yeni inkişaf etdirilmiş "Unitree B2" adlı hiper-manevr qabiliyyətinə malik təkərli robot itini nümayiş etdirən video yayımlayıb. 

Valyuta.az xəbər verir ki, robot müxtəlif mürəkkəb maneələri, sıx bitkiləri, dərin xəndəkləri, çayları və tərk edilmiş tikililəri asanlıqla dəf edir, yüksək sürət və sabitlik nümayiş etdirir. Robotun iki təkər üzərində breyk-dans üslubunda göstərdiyi möhtəşəm fəndlər onun unikal manevr qabiliyyətini vurğulayır.

"Unitree B2" həm dörd, həm də iki təkər üzərində hərəkət edə bilir. Robot üç metr hündürlüyə qədər tullanmaq qabiliyyətinə malikdir (iki təkər üzərində isə iki metrə qədər). 

Çətin relyef şəraitində sürətini azaltmadan irəliləyir və hətta 40 kq ağırlığında bir sərnişini 50 km məsafəyə qədər daşıya bilir. Statik  vəziyyətdə isə robot 120 kq yükə qədər tab gətirir. Robotun öz çəkisi cəmi 75 kq təşkil edir.

Tərtibatçılar bildirirlər ki, robotun bu təsir edici göstəricilərinə müasir kompakt elektrik ötürücüləri və inkişaf etmiş elektronika sayəsində nail olunub. "Unitree B2-W" adlı əvvəlki versiya isə təkərlərdən istifadə etmədən hərəkət edə bilir və saatda 20 km sürətə çatır.

Şirkət müxtəlif modifikasiyalarda robot itləri təxminən 1600 ABŞ dollarına təklif edir. Bu texnologiya innovativ hərəkət qabiliyyətləri və davamlılığı ilə gələcəkdə geniş istifadə imkanları vəd edir.

Paşa Məmmədli

 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...