Redaktor
Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?
Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində, yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının tikintisinə icazə tələb olunmayacaq.
Bu dəyişiklik avtomobil bazarına, xüsusi ilə ölkəyə gətirilən elektromobillərin sayına necə təsir edəcək?
Mövzu ilə bağlı Valyuta.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu dəyişiklik ölkəmizdə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin, xüsusi ilə də elektromobillərin alınıb, vətəndaşlar tərəfindən istifadə olunması üçün növbəti stiumullaşdırıcı addım olacaq:
“Bildiyimiz kimi, ölkəyə idxal olunmuş elektromobillər gömrük və vergi rüsumlarından azaddır. Elektromobillər üçün enerji doldurma məntəqələrinin yaradılması məqsədilə lazım olan cihaz və avadanlıqlar da rüsumlardan azad olunub. Bu da artıq vətəndaşların özlərinin də fərdi qaydada həyətyanı sahələrində enerji doldurucularını quraşdıra bilməsi üçün növbəti addımdır. Bu dəyişiklik sahibkarlara da istər istirahət mərkəzləri, istərsə də otellərin həyətyanı sahəsində də enerji doldurma məntəqəsinin yaradılması üçün şərait yaradacaq”.
Ekspert qeyd edib ki, bu qərar ölkəyə elektromobillərin idxalını artıracaq:
“Həm də ölkə daxilində də elektromobillərin istismarı da çoxalmış olacaq".
"Fərdi yaşayış evlərində elektrik enerjisi doldurucularının tikintisinin vətəndaşlar üçün hansı üstünlükləri olacaq” sualına cavab olaraq Eldəniz Cəfərov bildirib ki, vətəndaşlar öz avtomobillərini rahatlıqla şarj edə biləcək:
“Mənzillərə verilən enerjinin kilovatı, gücü enerjidoldurma məntəqələrində olan enerjinin kilovat və gücü ilə fərqlidir. Elektromobilləri daha sürətli və effektiv şarj etmək üçün fərqli kilovatlı qurğular yerləşdirilməlidir. Bu qurğuları isə vətəndaş həyətində quraşdırandan sonra artıq avtomobili gecədən səhərə qədər şarj etməyə ehtiyac qalmayacaq. Rahatlıqla öz avtomobilini enerji ilə təmin edə biləcək”.
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn çox satılan 5 albom
11.03.2026IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq
11.03.2026İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
11.03.2026Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir
11.03.2026Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
11.03.2026İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır
11.03.2026İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər
11.03.2026Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır
11.03.2026İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib
11.03.2026