Bu şəxslərə 46 gündən az məzuniyyət verilməyəcək

Redaktor

03.12.2025 17:36
546

Bu şəxslərə 46 gündən az məzuniyyət verilməyəcək

Xüsusi xidmətlərinə görə 46 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişib.

Valyuta.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Başqa sözlə, bu siyahıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilər, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilər də daxil edilib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tanınmış jurnalistə televiziyada vəzifə verildi

15.06.2026

Öz vəsaiti hesabına ipoteka krediti verən banklar - ŞƏRTLƏR

15.06.2026

Bankların kredit vermədiyi biznesdə müştərilər şirkətin ortağı oldu- "BrewDog" un uğur hekayəsi

15.06.2026

Azərbaycanda qadınlar üçün xüsusi istiqrazlar dövriyyəyə buraxılacaq

15.06.2026

Paytaxtda irimiqyaslı Özəl Sektor Forumu keçiriləcək

15.06.2026

Bank olmayan kredit təşkilatlarında faizlər nəyə əsasən müəyyən edilir? - VİDEO

15.06.2026

H&M: Qlobal sürətli moda və davamlı üslubun lideri

15.06.2026

Dünyanın ən bahalı 10 video oyun konsolu

15.06.2026

Tayvanın 50 ən varlısı 2026: AI tələbi ilə sərvət 56% artaraq 308 milyard dollara çatdı

15.06.2026

Karyera davamlılığının açarı: Yaradıcılıq və düşüncə genişliyi

15.06.2026

Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olundu

15.06.2026

"Meta" 2 milyardlıq startap satınalma müqaviləsindən geri çəkilir

15.06.2026

Hesablama Palatası: "Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb"

15.06.2026

Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi

15.06.2026

Əməliyyat sayını artıran 3 investisiya şirkəti - SİYAHI

15.06.2026

Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək

15.06.2026

Azərbaycanda çıxarışlı torpaqlara maraq artdı - Sotun ən ucuzu 5, ən bahası yarım milyon manata qədərdir

15.06.2026

ABŞ və İran arasında memorandum layihəsinə 300 milyard dollarlıq yenidənqurma planı daxildir – TAM SİYAHI

15.06.2026

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

15.06.2026

Bəzi rayonlara intensiv yağış yağır

15.06.2026

Məzənnə

Yüklənir...