Redaktor
"Bolt"da qiymətlər bahalaşdı
"Bolt" taksi şirkəti Azərbaycanda qiymətləri 10 faiz artırması ilə bağlı xəbərlər yayılıb. Bununla bağlı sürücülərə bildiriş də göndərilib. Məsələ ilə bağlı Valyuta.az "Bolt" taksi şirkətinə sorğu ünvanlayıb.
Şirkətdən bildirilir ki, "Bolt" platforması üzərindən göstərilən taksi xidmətlərində gedişhaqqı bir sıra amillər əsasında formalaşır. Bu amillərə yol hərəkətinin sıxlığı, sifarişə olan tələbat və mövcud avtomobillərin sayı, marşrutun məsafəsi, yanacaq xərclərinin artması, eləcə də tənzimləyici mühitdə baş verən dəyişikliklər daxildir.
Qeyd olunur ki, hazırda tətbiq olunan qiymət yenilənməsi ümumilikdə 10 faizə qədər təşkil edir və regiondan asılı olaraq 5–10 faiz arasında dəyişə bilər. Əlavə edilib ki, bu dəyişikliklər bütün şəhərlərə şamil edilmir və yalnız müvafiq şəhərlərdə fəaliyyət göstərən sürücülər bu barədə tətbiq daxilində bildirişlər alıblar. Qiymət dəyişiklikləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir.