“Black Friday” endirimlərinə niyə tez başlayırıq?

Redaktor

04.11.2025 18:40
1,198

“Black Friday” endirimlərinə niyə tez başlayırıq?

Son illərdə “Black Friday” endirimləri elə bir mərhələyə çatıb ki, artıq bu kampaniyalar “bir gün” deyil, demək olar ki, “bir ay” kimi keçirilir. “Black Friday” endirimlərinin mağazalarda tez başlamasının və belə uzun müddət davam etməsi nə dərəcədə doğrudur?

Marketinq üzrə ekspert Samir Mehdiyev Valyuta.az-a bildirir ki, brendlərin bu kampaniyalara erkən başlamasının əsas məqsədi rəqabətdə üstünlük qazanmaq və satışları uzun müddət canlı saxlamaqdır: “Mağazalar və brendlər alıcıların diqqətini tez cəlb etmək və onları uzunmüddətli şəkildə alış prosesində saxlamaq üçün “Black Friday”i əvvəlcədən başlayırlar. Bu, tamamilə planlı marketinq strategiyasıdır”.

S.Mehdiyevin sözlərinə görə, bu dövrdə real fürsətlər də az deyil. Xüsusən də böyük brendlər və texnoloji məhsullar üzrə bəzi endirimlər doğrudan da sərfəli olur. Lakin çox vaxt bu kampaniyalar sadəcə “endirim ab-havası” yaratmaq məqsədi daşıyır: “Bəzi hallarda qiymətlər əvvəlcədən bir qədər artırılır, sonra “böyük endirim” kimi təqdim olunur. Bu zaman istehlakçı real mənada çox qazanmış olmur, sadəcə endirim ab-havasına qapılır”.

Ekspert hesab edir ki, uzunmüddətli kampaniyalar artıq “Black Friday”in öz dəyərini müəyyən qədər itirir:

“Əvvəllər insanlar bir gün üçün xüsusi fürsət gözləyirdilər, indi isə bu təəssürat itib. Belə olan halda endirimlər artıq unikal fürsət deyil, sadəcə növbəti satış aksiyası kimi görünür. Bu tendensiya alıcı davranışlarını da dəyişib. İnsanlar artıq endirimləri ehtiyac kimi yox, bir növ “alış-veriş ənənəsi” kimi qəbul edirlər. Bəzən heç real ehtiyac olmadığı halda, sadəcə fürsəti qaçırmamaq üçün alış-veriş edirlər. Bu da istehlak davranışlarında emosional alış tendensiyasını gücləndirir.”

Ekspertin fikrincə, bu cür erkən başlayan və uzun müddət davam edən endirimlər markalar üçün həm üstünlük, həm də risk yaradır: “Uzunmüddətli endirimlər diqqəti cəlb etsə də, həddindən artıq uzandıqda, istehlakçının marağını azalda bilər. Bundan başqa, bəzi brendlər üçün bu, “ucuzlaşma imici” formalaşdıra və uzunmüddətli etibara mənfi təsir göstərə bilər. “Black Friday”in əsas ideyası – bir günlük böyük fürsət yaratmaq konsepsiyası – artıq dəyişib. İndi bu, daha çox satış dövrü, emosional alış-veriş dalğası və brendlər arasında rəqabət mübarizəsi formasını alıb” – deyə ekspert qeyd etdi.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

24.01.2026

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

Məzənnə

Yüklənir...