“Bank of Baku”nun faiz xərcləri 75% artıb

Redaktor

26.01.2026 14:00
176

“Bank of Baku”nun faiz xərcləri 75% artıb

“Bank of Baku” 2025-ci ili 30 milyon 594 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 milyon 136 min manat və ya 20,17% çoxdur.

2025-ci ilin hesabat dövründə bankın faiz gəlirləri 38,18% artaraq 128 milyon 291 min manatdan 177 milyon 271 min manata yüksəlib. Qeyri-faiz gəlirləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 57,37% artaraq 21 milyon 134 min manat təşkil edib.

Bankın faiz xərcləri 2025-ci ildə 71 milyon 785 min manat olub ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 74,99% çoxdur. Qeyri-faiz xərcləri isə 17,47% artaraq 86 milyon 501 min manata çatıb.

Yanvar-dekabr aylarında “Bank of Baku”nun aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 218 milyon 203 min manat və ya 23,36% artaraq 1 milyard 152 milyon 476 min manat təşkil edib. Aktivlər artsa da, banklar və digər maliyyə institutlarına verilən kreditlər 67 milyon 830 min manatdan 44 milyon 413 min manata enib.

Hesabat dövründə bankın öhdəlikləri 25,44% artaraq 976 milyon 705 min manata yüksəlib.

Depozit portfeli 2025-ci ildə 740 milyon 256 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 147 milyon 742 min manat və ya 24,93% çoxdur. Bunun 669 milyon 360 min manatı fiziki şəxslərin, 70 milyon 896 min manatı isə hüquqi şəxslərin depozitlərinə aiddir.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər də artaraq 140 milyon 568 min manat təşkil edib. Bu göstərici 2024-cü ildə 124 milyon 425 min manat olub və 16 milyon 143 min manat və ya 12,97% artım qeydə alınıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sığorta şirkətləri yığımlarını 151 milyondan çox artırıb - RENKİNQ

27.01.2026

ARDNF-in Avropa ölkələri üzrə investisiya portfeli azalıb

27.01.2026

Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

27.01.2026

"Sabit gəlirimizin 65%-i “gəlir tələsi”ndədir"

27.01.2026

Bu ölkədən Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb

27.01.2026

Ermənistan Azərbaycandan şəkər tozu almaq üçün danışıqlara başladı

27.01.2026

Azərbaycanda hotellər ötən il 653 mln. manat gəlir əldə ediblər

27.01.2026

Hazırda izləniləsi və ya investisiya ediləsi ən yaxşı texnologiya səhmləri

27.01.2026
Banklar saat 5-dən sonra niyə müştəri qəbul etmir?

Banklar saat 5-dən sonra niyə müştəri qəbul etmir?

27.01.2026

"Tesla"nın Avropa kabusu: Siyasi mübahisələrin qarşılığı ağır oldu

27.01.2026

"Google"a qarşı gizli dinləmə iddiası: 68 milyon dollarlıq qərar

27.01.2026

Pomidor ixracından əldə olunan gəlir 192 milyon dollara çatıb

27.01.2026

Sabahın hava proqnozu

27.01.2026

İşğaldan azad edilən ərazilərdə işlə təmin olunan vətəndaşların sayı məlum olub

27.01.2026

Prezident polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu - FOTOLAR

27.01.2026

Avtomobillər satışa çıxarılır - 1 170 manatdan

27.01.2026

Hasil Abbasov: "Azərbaycanda 60 mindən çox boş iş yeri var"

27.01.2026

"11 mindən çox qadın peşə hazırlığına cəlb olunub"

27.01.2026

“İnnovasiya və Təchizat Mərkəzi” 1,5 milyonluq tender elan edib

27.01.2026

İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi - FOTOLAR

27.01.2026

Məzənnə

Yüklənir...