Redaktor
Azərbaycanlı olimpiadaçı 400 minlik təqaüd qazandı
Beynəlxalq Kimya Olimpiadası üzrə qızıl medalçı Ramil Babazadə Böyük Britaniyanın nüfuzlu Qlazqo Universitetində rəqəmsal kimya ixtisası üzrə doktorantura təhsili alacaq.
Valyuta.az azedu.az-a istinadən xəbər verir ki, illik 100 min manat dəyərində 4 il müddətində tam təqaüd qazanan gəncin təhsil haqqı xərcləri də buraya daxildir.
Ramil Babazadənin tədqiqatı laboratoriyaların avtomatlaşdırılması çərçivəsində süni intellektin kimyaya tətbiqi istiqamətindədir. Məqsəd qabaqcıl avadanlıqlarla təchiz olunan və süni intellekt alqoritmləri tərəfindən idarə olunan eksperimental platform quraraq verilmiş hədəfə nail olmaq üçün lazımi prosesləri insan müdaxiləsi olmadan icra etməkdir. Avtomat laboratoriyaların əsas təsiri tədqiqatın sürətləndirilməsidir ki, bu da yeni birləşmələrin və materialların hazırlanma yollarını ənənəvi metodlarla müqayisədə 10-1000 dəfə daha sürətli tapmağa imkan verir. Bu sürətlənmə həm akademiyada, həm də sənayedə tədqiqat üçün tələb olunan vaxtın, xərclərin, resursların və tullantıların əhəmiyyətli dərəcədə azalması deməkdir.
Ramil Babazadənin professoru Lee Cronin dünyanın ən böyük çoxsahəli kimya tədqiqat qruplarından birinə rəhbərlik edir. O, tədqiqatları üçün 35 milyon dollardan çox qrant cəlb edib, 350-dən çox elmi məqalə dərc etdirib. Onun son işləri “Nature”, “Science” və “PNAS” kimi nüfuzlu jurnallarda yer alıb. 2013-cü ildən "Kimya üzrə Regius Professoru" titulunu daşıyır. “Regius Professor" termini Böyük Britaniyada Kral tərəfindən təsis edilən xüsusi akademik titul deməkdir. Bu, çox prestijli bir tituldur, yalnız çox tanınmış və yüksək nailiyyətləri olan elm adamlarına verilir. Professor Cronin həmçinin “Chemify” şirkətinin təsisçisi və icraçı direktorudur. Professor Cronin və komandası süni həyat formaları yaratmağa, kimyanı rəqəmsallaşdırmağa, kimyəvi kompüterlər qurmağa çalışır.
Qeyd edək ki, Ramil Babazadə Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitunda bakalavr təhsili (2018-2022), kimya və kompüter elmləri üzrə, yüksək qiymətlərlə və “cum laude” fərqlənməsi ilə bitirib. Süni intellekt kimyası üzrə tədqiqat aparıb, nüfuzlu “Nature” jurnalında iki məqalə dərc etdirib.
Xatırladaq ki, Ramil Babazadə Taylandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal, yerli və beynəlxalq olimpiadalarda medallar qazanıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərŞirkətin xətasını aşkarladı - 30 000 qazandı
11.03.2026Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb
11.03.2026"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb
11.03.2026"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi
11.03.2026Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı
11.03.2026Mövzu: AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®
11.03.2026İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI
11.03.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ
11.03.2026Sabah 13 dərəcə isti olacaq
11.03.2026“ADA” Universitetinin tenderi ləğv edildi
11.03.2026Daha 8 startap vergidən azad olundu
11.03.2026
500 manatla corab brendi qurdu - 15 manata satır
11.03.2026İcra başçısı 27 nəfəri işdən çıxardı
11.03.2026
"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?
11.03.2026“AzInTelecom” tərəfindən 65 minə yaxın IMEI koda “klon” statusu verilib ®
11.03.2026"Bank of Baku" səhmdarlarına dividend ödəyəcək
11.03.2026Azərbaycanda banklara belə nəzarət ediləcək
11.03.2026Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI
11.03.2026"Forbes"ə görə dünyanın ən zəngin 5 milyarderi açıqlanıb
11.03.2026