Redaktor
Azərbaycanda gömrük sadələşdirilir? - Yeni sənəd qəbul edildi
Azərbaycan gömrük sistemi yeni mərhələyə keçid edir.
Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, Prezident tərəfindən bir neçə gün əvvəl təsdiqlənən “Etibarlı Tərəfdaş Konsepsiyası” ölkədə xarici ticarətlə məşğul olan şirkətlər üçün həm qaydaların sadələşdirilməsini, həm də daha şəffaf və etimad əsaslı əməkdaşlıq modelinin qurulmasını nəzərdə tutur.
Konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, gömrük orqanları ilə münasibətlərində qanunlara əməl edən, sənədləşməni düzgün aparan, risk yaratmayan və ümumi ticarət mədəniyyətinə hörmətlə yanaşan şirkətlər dövlət tərəfindən “etibarlı tərəfdaş” kimi tanınacaq və bundan sonra xüsusi üstünlüklər əldə edəcəklər.
Yeni sistemə görə belə şirkətlər üçün fiziki yoxlamalar minimuma endiriləcək, sərhəddə gözləmə müddəti xeyli azalacaq, bəzi mallar isə “dərhal buraxılış” adlı xüsusi mexanizmlə daha sürətli şəkildə rəsmiləşdiriləcək. Bu statusu qazanan bizneslər gömrük ödənişlərini hissə-hissə ödəmək imkanı da əldə edəcək ki, bu da xüsusilə kiçik və orta sahibkarların maliyyə yükünü azalda bilər.
Eyni zamanda “Yaşıl dəhliz” buraxılış sistemindən geniş şəkildə istifadə hüququ da məhz etimad qazanmış şirkətlər üçün nəzərdə tutulur.
Konsepsiya yalnız daxili inkişafı deyil, Azərbaycanın beynəlxalq ticarətdə daha rahat tanınmasını da hədəfləyir. Sənəddə göstərilən “Səlahiyyətli İqtisadi Operator” statusu sayəsində yerli şirkətlər digər ölkələrin gömrük xidmətlərində də üstünlük qazana bilər, çünki bu status beynəlxalq səviyyədə etibarlılığı təsdiq edən mexanizmdir. Gömrük anbarlarının fəaliyyəti ilə bağlı qaydalar da yenilənəcək, anbarlarda malların saxlanması və emalı ilə bağlı imkanlar genişlənəcək.
Prezidentin imzaladığı konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, düzgün işləyən şirkət daha az maneə, daha çox dəstək görəcək. Nəzarətin əsas yükü riskli, qaydalara əməl etməyən subyektlərin üzərinə yönləndiriləcək.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026