Redaktor
Azərbaycanda geniş pul kütləsi 50 milyard manatı keçib
Azərbaycanda geniş mənada pul kütləsi (M3) aqreqatı bu ilin aprel ayının sonuna 50 milyard 168,1 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici mart ayı ilə müqayisədə 188,7 milyon manat və ya 0,4% artıb. Mart ayında M3 aqreqatı 49 milyard 979,4 milyon manat olmuşdu.
İllik müqayisədə isə geniş mənada pul kütləsində 2 milyard 960,4 milyon manat və ya 6,3% artım qeydə alınıb.
Belə ki, ötən ilin aprel ayında M3 aqreqatı 47 milyard 207,7 milyon manat səviyyəsində olub.
Hesabat dövründə manatla olan pul kütləsi (M2) aqreqatı 40 milyard 480,4 milyon manata yüksəlib. Bu göstərici aylıq müqayisədə 479,9 milyon manat və ya 1,2% artım deməkdir.
Mart ayında M2 aqreqatı 40 milyard 000,5 milyon manat təşkil etmişdi.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə manatla pul kütləsi 5 milyard 041,6 milyon manat və ya 14,2% artıb.
Ötən ilin aprel ayında bu göstərici 35 milyard 438,8 milyon manat olub.
Banklardan kənarda olan nağd pul kütləsi (M0) aqreqatı isə aprel ayında 18 milyard 331,9 milyon manat təşkil edib.
Bu göstərici aylıq müqayisədə 30,9 milyon manat və ya 0,2% azalıb. Mart ayında banklardan kənarda olan nağd pul kütləsi 18 milyard 362,8 milyon manat olub.
Bununla yanaşı, illik müqayisədə M0 aqreqatı üzrə 2 milyard 285,6 milyon manat və ya 14,2% artım müşahidə edilib.
Ötən ilin aprel ayında banklardan kənarda olan nağd pul kütləsi 16 milyard 046,3 milyon manat təşkil etmişdi.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKəndli əvvəlkindən qat-qat çox icarə haqqı ödəyir
04.06.2026Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır -Ali Məhkəmə açıqladı
04.06.2026PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür - İkram Səfərəliyev ilə müsahibə®
04.06.2026Sığortaçıları ziyana salan növ - ödənişlər yığımları 2,8 dəfə üstələdi
04.06.2026Buğda istehsalına mane olan nədir? - Nazirlik açıqladı
04.06.2026Ət istehsalı artırılacaq - qiymətlər azalacaq?
04.06.2026Mərkəzi Bankda "Manato" üzrə daxil olan şikayətlər araşdırılır
04.06.2026Tramvay xətləri dövlət mülkiyyətində olacaq
04.06.2026Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk
04.06.2026Mopedlərlə bağlı yeni QAYDA
04.06.2026"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər
04.06.2026Hesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026