Azərbaycanda “ChatGPT”nin bazar payı azalıb

Redaktor

03.11.2025 18:45
536

Azərbaycanda “ChatGPT”nin bazar payı azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 93,55 % təşkil edib.

“Statcounter” agentliyinin son hesabatına əsasən, bu, sentyabr ayına nisbətən 1,53 faiz bəndi azdır. 

İkinci pillədəki “Microsoft Copilot”un bazar payı 2,42 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,41 faiz bəndi çoxdur.

Növbəti yerdə qərarlaşan “Google Gemini”nin bazar payı ay ərzində 1,31 faiz bəndi artaraq 2,32 % təşkil edib.

Dördüncü yerdəki “Perplexity”nin bazar payı oktyabrda 0,11 faiz bəndi azalaraq 1,51 % olub.

İlk beşliyi 0,2 %-lik bazar payı ilə “Claude” qapayır. Onun payı sentyabr ayı ilə müqayisədə 0,08 faiz bəndi azalıb.

Müxtəlif platformaların bazar payına görə AI “chatbot”larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“ChatGPT” – 93,88 % (sentyabra nisbətən 0,64 faiz bəndi çox);

“Microsoft Copilot” – 2,75 % (-0,52 faiz bəndi);

“Perplexity” – 1,66 % (-0,30 faiz bəndi);

“Google Gemini” – 1,49 % (+0,54 faiz bəndi);

“Claude” – 0,23 % (-11 faiz bəndi).

Mobil cihazlarda:

“ChatGPT” – 91,3 % (-6,73 faiz bəndi);

“Google Gemini” – 8,26 % (+6,94 faiz bəndi);

“Perplexity” – 0,43 % (+0,43 faiz bəndi);

Planşetlərdə:

“ChatGPT” – 85,71 % (-5,71 faiz bəndi);

“Google Gemini” – 14,29 % (+14,29 faiz bəndi).

©Report 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Assaia” 26,6 milyon dollar investisiya alıb

10.12.2025

"İntel" Aİ məhkəməsində uduzdu: 237 milyon avro cərimə ödəyəcək

10.12.2025

Nazirlik “Qarabağ Universiteti” üçün 7 milyonluq müqavilə imzalayıb

10.12.2025

"Grok" İlon Maskı "xilas etmək" üçün Yer əhalisinin yarısının məhvinə razılaşdı

10.12.2025

Azərbaycanda ÜDM istehsalı 1,6% artıb

10.12.2025

"Binance” ADGM çərçivəsi üzrə qlobal lisenziya alan ilk kriptovalyuta birjası oldu

10.12.2025

Yaddaş kartları bahalaşdı, "Nintendo" bir həftədə 14 milyard dollar itirdi

10.12.2025

Mərkəzi Bank tender elan edib

10.12.2025

Alimentlə bağlı yeni QAYDA

10.12.2025

Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi

10.12.2025

Baş nazir iclas keçirdi - Tapşırıqlar verildi

10.12.2025

“Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı

10.12.2025

Prezident rektoru işdən çıxardı - Yeni təyinat

10.12.2025

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə - Cinayət işi açıldı

10.12.2025

"Xiaomi" gəlirsizlik səbəbindən 1000-dən çox mağazanı bağlayacaq

10.12.2025

Yeni icra başçısı daha bir məmuru işdən çıxardı

10.12.2025

Əsas kapitala 16 mlrd. manatdan çox investisiya yönəldilib

10.12.2025

BP Cəbrayıla 13 milyon dollarlıq günəş panelləri gətirib

10.12.2025

Nazirlik rəsmisi: Bəzi qanunlar müasir çağırışlarla uzlaşmır

10.12.2025

Bakı–Bratislava birbaşa uçuşları başlayır

10.12.2025

Məzənnə

Yüklənir...