Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR

Redaktor

28.03.2025 13:05
313

Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR

Bu gün Azərbaycanda Elm günüdür. Elm gününün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir.

Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, 2025-ci il dövlət büdcəsində elm sahəsinə ayrılan xərclər 244,4 milyon manat olaraq nəzərdə tutulub. Bu rəqəm əvvəlki illə müqayisədə 3,5 faiz artım deməkdir.

Bu ilin yanvar ayında AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Artımdan sonra AMEA Prezidentinin maaşı 4079 manata çatıb. AMEA-nın 1-ci vitse-prezidenti 2824, vitse-prezidenti, akademik katibi 2611 manat maaş alır. Digər işçilərin maaşları aşağıdakı kimidir:

Vəzifənin adı Aylıq maaş (manatla)
1 AMEA-nın prezidenti 4079
2 AMEA-nın 1-ci vitse-prezidenti 2824
3 AMEA-nın vitse-prezidenti, akademik katibi 2611
4 AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik-katibi 1952
5 İdarə rəisi 1888
6 AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini 1825
7 İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbə rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi 1555
8 Qeyri-əsas şöbənin rəisi, sektor müdiri 1135
9 Qeyri-əsas şöbə rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi 1072
10 Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri 999
11 Aparıcı mütəxəssis 905
12 Mütəxəssis 826

Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb. Qərara əsasən bölmənin sədrinin maaşı 2611 manat olub.

Elmlər Akademiyasında çalışan alimlərin maaşları isə tam açıqlanmayıb. Ötən ilin sonlarında Milli Məclisdə bildirilib ki, Elmlər Akademiyasında çalışan alimlərimizin tarif cədvəli üzrə maaşlarından vergilər çıxıldıqdan sonra kiçik elmi işçi 420 manat, elmi işçi 453 manat, böyük elmi işçi 489 manat, aparıcı elmi işçi 527 manat, baş elmi işçi və şöbə müdiri 576 manat məvacib alır.

Həmçinin fəlsəfə doktoruna elmi rəhbərlik edən alimə verilən məvacib aylıq 23-24 manat civarındadır.

Bundan başqa, son illərdə bir neçə dəfə ölkədə təxminən maaşlar 10-20 faiz artırılıb. Bu artımlar Elmlər Akademiyasının Rəyasət Heyətinə şamil edilsə də, institutlara şamil edilməyib. Nəticədə, Rəyasət Heyətində çalışan adi mütəxəssis institutlardakı elmlər doktoru, professor, şöbə müdirindən yuxarı maaş alır.

2025-ci il büdcə layihəsinə görə ortaaylıq əməkhaqqının cari illə müqayisədə 90,1 manat artırılaraq 1080,1 manata çatdırılması proqnozlaşdırılır. Bu da Elmlər Akademiyasında çalışan alimlərimizin aldığı məvacib orta aylıq əməkhaqqından təxminən 2 dəfə aşağı olduğunu göstərir.

Müşahidələr onu da deməyə əsas verir ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinə görə verilən müvafiq olaraq 60 və 100 manat məbləğ 2017-ci ildən sonra son 8 ildə artırılmayıb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb

17.03.2026

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb

17.03.2026

"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?

17.03.2026

Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu

17.03.2026

İnvestisiya növləri: sərvət yaratmaq üçün 10 geniş yayılmış seçim

17.03.2026

Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi ®

17.03.2026

Məzənnə

Yüklənir...