Redaktor
Azərbaycana ən çox turist nə vaxt gəlib?
2021-ci ildə Azərbaycana 167 ölkədən 791,8 min turist gəlib. Ötən il turistlərin sayı əvvəlki il ilə müqayisədə cüzi olsa da (0.5 %) azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov bildirib. O qeyd edib ki, Azərbaycana ən çox turist ötən ilin sonuncu ayında gəlib:
"Belə ki, turistlərin 12.3 faizi dekabr ayında ölkəmizə səfər edib. Ən az turist sayı isə yanvar və fevral aylarında müşahidə edilib. Sərt karantin tədbirləri səbəbindən həmin aylar Azərbaycana gələn turistlərin sayı ümumi gələnlərin 5 faizindən azı edib.
Azərbaycana gələnlər arasında Rusiya yenə də öndədir. Gələnləri 32.6 faizi şimal qonşumuzun payına düşüb. Türkiyədən gələnlər 25.0, İranlı turistlər isə 15.8 faiz təşkil edib. 2021-ci ildə Gürcüstandan Azərbaycana gələnlərin sayı kəskin azalıb. Belə ki, ümumi turistlərin cəmi 7.9 faizi bu qonşumuzun payına düşüb. Bu isə əvvəlki il ilə müqayisədə 66.0 faiz azalma deməkdir. Azalmanın əsas səbəbi pandemiya səbəbindən quru sərhdələrin bağlı qalması ilə əlaqədardır. Səudiyyə Ərəbistanlı turistlərin sayında da 26 faiz azalma qeydə alınıb. Əksinə, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə artıb.
2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq 159,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər olub.
Yenə də xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ölkəmizə gələnlərin sayından çox olub. Belə ki, ötən il 974,5 min nəfər Azərbaycan vətəndaşı xaricə səfər edib. Bu o deməkdir ki, xaricə gedənlərin sayı ölkəyə gələn turistlərin sayından 182 min nəfər çox olub. Ötən il İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 80,6 faiz azalmış, Türkiyəyə gedənlərin sayı isə 2,4 dəfə artmışdır.
2021-ci ilin yekunları göstərir ki, pandemiya ötən il də turizm sektorunun inkişafına maneə olub. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Bu baxımdan, ölkəyə turistlərin gəlişi ilə bağlı qaydaların mərhələli şəkildə daha da yumşaldılması məqsədəuyğun olardı. Bu ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərər. Bununla belə, 2021-ci ilin son aylarında ölkəyə gələn turistlərin sayının artması bu il Azərbaycana daha çox turistin gələcəyinə inam yaradır".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026