Redaktor
Azərbaycan vençur fondu “Replenit”in 2,5 milyon dollarlıq raunduna qoşulub
Türk sahibkarları tərəfindən Polşada təsis edilən “Replenit” startapı 2,5 milyon dollar investisiya cəlb edib. Startap bu vəsaiti pərakəndə sektor üçün süni intellektəsaslı qərarvermə platformasının inkişafına yönəldəcək. İnvestisiya raundunda Azərbaycanın ilk vençur kapital fondu olan “Caucasus Ventures” də iştirak edib.
Bu barədə “Caucasus Ventures”dən məlumat verilib.
Bildirilib ki, şirkətin təqdim etdiyi platforma müştəri davranış siqnallarını təhlil edərək real vaxt rejimində fərdi qərarların qəbulunu mümkün edir. Ənənəvi analitik modellərdən fərqli olaraq, bu sistem yalnız tarixi məlumatlara deyil, həm də istifadəçinin niyyətinə və cari kontekstinə əsaslanır. Bu yanaşma pərakəndə şirkətlərə daha dəqiq və hədəflənmiş təkliflər formalaşdırmağa, nəticə etibarilə isə satış göstəricilərini artırmağa imkan verir.
Qeyd edək ki, “Replenit” artıq 30-dan çox qlobal şirkətlə əməkdaşlıq edir. Platforma “Databricks” və “Salesforce” kimi texnoloji həllərlə inteqrasiya olunaraq müştəri loyallığının gücləndirilməsinə dəstək verir.
Cəlb olunan yeni investisiyanın məhsulun texnoloji inkişafına və şirkətin beynəlxalq bazarlarda genişlənməsinə yönəldiləcəyi bildirilir. “Replenit”in investisiya turuna bir sıra beynəlxalq fondlarla yanaşı, “Caucasus Ventures” də qoşulub. Bu iştirak region üçün də önəmli hesab olunur. Yeni maliyyə dəstəyi startapın texnologiyasını inkişaf etdirməyə və daha geniş bazarlara çıxmasına imkan yaradacaq.
©AZƏRTAC
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTramvay xətləri dövlət mülkiyyətində olacaq
04.06.2026Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk
04.06.2026Mopedlərlə bağlı yeni QAYDA
04.06.2026"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər
04.06.2026Hesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026