Redaktor
Azərbaycan hansı ölkələrə mərci satıb? - 3 manatdan
Azərbaycan bir neçə ölkəyə qurudulmuş mərci ixrac edib.
Valyuta.az xəbər verir ki, ümumi ixracın dəyəri 389,88 min ABŞ dolları, həcmi isə 341,88 ton təşkil edib.
İxracın cüzi hissəsi Birləşmiş Ərəb Əmirliklərinə yönəlib. Bu ölkəyə 0,45 min dollar məbləğində 0,28 ton qurudulmuş mərci göndərilib. Hesablamalara görə, BƏƏ-yə satılan məhsulun 1 kiloqramı 1,60 dollar və ya təxminən 3,15 manata başa gəlib.
İxracın əsas hissəsi isə Türkiyənin payına düşüb. Bu ölkəyə 389,42 min dollar dəyərində 341,6 ton qurudulmuş mərci satılıb. Türkiyəyə göndərilən məhsulun 1 kiloqramının dəyəri 1,14 dollar, manatla ifadədə isə təxminən 1,93 manat olub.
Beləliklə, Azərbaycanın qurudulmuş mərci ixracı əsasən Türkiyə bazarına yönəlib.
Sərvanə Rəmixanova