Redaktor
Azərbaycan ən çox bu ölkələrdən məhsul alır – Siyahı
2025-ci ilin ilk üç ayında Azərbaycana 10 ölkədən ümumilikdə 5 milyard 662,97 milyon ABŞ dolları dəyərində məhsul idxal olunub.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə idxalın həcmi 3 milyard 711,63 milyon dollar təşkil edib. Müqayisəyə əsasən, idxal 1 milyard 951,34 milyon dollar və ya 52,5% artıb. Bu da idxal prosesində təqribən 1,5 dəfə artım deməkdir.
Məlumata görə, məhsul tədarükü baxımından birinci yerdə Rusiya qərarlaşıb. Bu ölkədən idxal olunan məhsulların dəyəri cari ilin ilk rübündə 1 milyard 197,68 milyon dollar təşkil edib ki, bu da ümumi idxalın 21,15%-nə bərabərdir. Ötən ilin eyni dövründə bu göstərici 661,77 milyon dollar olub. Beləliklə, Rusiya ilə idxalda 81% artım, yəni təxminən 535,9 milyon dollar fərq qeydə alınıb.
İkinci yerdə Çin qərarlaşıb. Bu ölkədən idxalın həcmi 2025-ci ilin yanvar-mart aylarında 1 milyard 5,37 milyon dollar olub. Ötən ilin eyni dövründə bu rəqəm 743,73 milyon dollar təşkil edib. Nəticədə 261,64 milyon dollar və ya 35% artım müşahidə edilib.
Üçüncü yerdə isə Türkiyə yer alıb. Cari ilin ilk rübündə bu ölkədən Azərbaycana 592,89 milyon dollar dəyərində məhsul idxal olunub. Müqayisə üçün, 2024-cü ilin ilk üç ayında bu rəqəm 538,72 milyon dollar olub. Beləliklə, 54,17 milyon dollar və ya 10% artım qeydə alınıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə 15 ölkədən idxal prosesi həyata keçirilib.
Aşağıdakı cədvəldə idxalda adı çəkilən 10 ölkə qeyd olunub.

Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026