Redaktor
AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır
“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın Saratov, Nijni Novqoroq, Vladiqafqaza, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa və Samara şəhərlərinə sabahdan uçuşları dayandırır.
Valyuta.az AZAL-a istinadən xəbər verir ki, bu qərar aviaşirkətin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən verilib.
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.
"Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib. Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.
Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək", - məlumatda deyilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət qurumu 2,5 milyona psixotrop və narkoz dərmanları alacaq
16.03.2026
Şirkətdə ən vacib şəxs kimdir?
16.03.2026Rubl və avro dəyər itirməkdə davam edir
16.03.2026