Avqust üçün aylıq hava proqnozu açıqlandı

Redaktor

31.07.2024 18:28
601

Avqust üçün aylıq hava proqnozu açıqlandı

Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqust ayında da yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 22-27 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 6-8 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-10 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (26-55 mm).

 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-37 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (19-27 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, bəzi günlərdə 9-14 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 31-36 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 13-116 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 6-22 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 13-83 mm).

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib

01.04.2026

Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır

01.04.2026

Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib

01.04.2026

Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır

01.04.2026

Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı

01.04.2026

Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu

01.04.2026

BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb

01.04.2026

AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO

01.04.2026

"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq

01.04.2026

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

01.04.2026

Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb

01.04.2026
Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu

Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu - RENKİNQ

01.04.2026

"Nike"ın bərpa planı gecikir, səhmlər kəskin ucuzlaşıb

01.04.2026

Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - FOTOLAR

01.04.2026

Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır

01.04.2026

Bakıda məktəbdə tədris dayandırıldı - SƏBƏB

01.04.2026
Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər?

Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər? - Vəkil açıqladı

01.04.2026

“Qala Sığorta” ASC-nin yığımları 55,5% azalıb

01.04.2026

"Meta" yeniyetmələrə zərər verdiyinə görə məsuliyyətə cəlb edildi

01.04.2026

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

01.04.2026

Məzənnə

Yüklənir...