Arıqlama dərmanı ilə ölkənin ən yeni milyarderi oldu

Redaktor

26.01.2026 11:30
137

Arıqlama dərmanı ilə ölkənin ən yeni milyarderi oldu

Cənubi Koreyanın Sam Chun Dang Pharm (SCD) şirkətinin hazırladığı arıqlama həbi investorlarda böyük maraq doğurub.

Valyuta.az xəbər verir ki, şirkətin Yaponiyanın dərman nəhəngi "Daiichi Sankyo" ilə bu preparatı birgə inkişaf etdirmək və kommersiyalaşdırmaq barədə razılaşması SCD səhmlərində kəskin bahalaşmaya səbəb olub.

Yanvar ayı ərzində şirkətin səhmləri 75%-dən çox yüksəlib. Bu artım nəticəsində SCD-nin sədri Yoon Dae-inin sərvəti artaraq 2,1 milyard dollar səviyyəsinə çatıb. O, şirkətin səhmlərinin 34%-nə sahibdir.

Xatırladaq ki, "Seul"un cənubunda fəaliyyət göstərən SCD inyeksiya dərmanlarını həb formasına çevirən S-Pass texnologiyası üzərində çalışır. Yeni arıqlama həbi də məhz bu texnologiya əsasında hazırlanıb. Razılaşmadan sonra şirkətin səhmləri əlavə olaraq təxminən 40% artıb.

SCD eyni zamanda uzunmüddətli təsirə malik inyeksiya texnologiyaları üzrə də irəliləyir. Şirkət Yaponiyanın Takeda şirkətinə məxsus prostat xərçəngi dərmanının uzunmüddətli versiyasının ABŞ-da satış hüququ ilə bağlı 2 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb.

2025-ci ilin ilk 9 ayında SCD-nin gəlirləri 6,3% artaraq 165,5 milyard von, xalis mənfəəti isə 76% yüksələrək 70 milyard von təşkil edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sığorta şirkətləri yığımlarını 151 milyondan çox artırıb - RENKİNQ

27.01.2026

ARDNF-in Avropa ölkələri üzrə investisiya portfeli azalıb

27.01.2026

Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

27.01.2026

"Sabit gəlirimizin 65%-i “gəlir tələsi”ndədir"

27.01.2026

Bu ölkədən Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb

27.01.2026

Ermənistan Azərbaycandan şəkər tozu almaq üçün danışıqlara başladı

27.01.2026

Azərbaycanda hotellər ötən il 653 mln. manat gəlir əldə ediblər

27.01.2026

Hazırda izləniləsi və ya investisiya ediləsi ən yaxşı texnologiya səhmləri

27.01.2026
Banklar saat 5-dən sonra niyə müştəri qəbul etmir?

Banklar saat 5-dən sonra niyə müştəri qəbul etmir?

27.01.2026

"Tesla"nın Avropa kabusu: Siyasi mübahisələrin qarşılığı ağır oldu

27.01.2026

"Google"a qarşı gizli dinləmə iddiası: 68 milyon dollarlıq qərar

27.01.2026

Pomidor ixracından əldə olunan gəlir 192 milyon dollara çatıb

27.01.2026

Sabahın hava proqnozu

27.01.2026

İşğaldan azad edilən ərazilərdə işlə təmin olunan vətəndaşların sayı məlum olub

27.01.2026

Prezident polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu - FOTOLAR

27.01.2026

Avtomobillər satışa çıxarılır - 1 170 manatdan

27.01.2026

Hasil Abbasov: "Azərbaycanda 60 mindən çox boş iş yeri var"

27.01.2026

"11 mindən çox qadın peşə hazırlığına cəlb olunub"

27.01.2026

“İnnovasiya və Təchizat Mərkəzi” 1,5 milyonluq tender elan edib

27.01.2026

İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi - FOTOLAR

27.01.2026

Məzənnə

Yüklənir...