Redaktor
7 ölkəyə məxsus 19 müəssisənin məhsullarının Azərbaycana idxalına qadağa qoyulub
7 ölkəyə məxsus 19 müəssisənin məhsullarının Azərbaycana idxalına qadağa tətbiq edilib.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycana il ərzində 107 ölkədən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid müxtəlif növ məhsullar idxal edilib:
"İdxal prosesində aparılan yoxlamalar zamanı 787 uyğunsuzluq halı aşkarlanıb, təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2 min ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb. Nəzarət tədbirləri çərçivəsində tərkibində qadağan olunmuş maddə aşkarlanan energetik içkilər, uyğunsuzluq müəyyən edilən uşaq qidaları, eləcə də təhlükəsizlik göstəricilərinə görə uyğunsuzluq müəyyən edilən ət və ət məhsulları, quş əti, bitkiçilik məhsulları, qənnadı məmulatları və digər məhsullar məhv edilib. Bundan əlavə, 7 ölkəyə məxsus 19 istehsalçı müəssisənin məhsullarının Azərbaycana idxalına qadağa tətbiq olunub".
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSığorta şirkətləri yığımlarını 151 milyondan çox artırıb - RENKİNQ
27.01.2026ARDNF-in Avropa ölkələri üzrə investisiya portfeli azalıb
27.01.2026Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi
27.01.2026"Sabit gəlirimizin 65%-i “gəlir tələsi”ndədir"
27.01.2026Bu ölkədən Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb
27.01.2026Ermənistan Azərbaycandan şəkər tozu almaq üçün danışıqlara başladı
27.01.2026Azərbaycanda hotellər ötən il 653 mln. manat gəlir əldə ediblər
27.01.2026Hazırda izləniləsi və ya investisiya ediləsi ən yaxşı texnologiya səhmləri
27.01.2026