326 milyonluq qaçaqmalçılıq - Məhkəmədə sirlər açıla bilər

Redaktor

31.10.2024 15:14
1,158

326 milyonluq qaçaqmalçılıq - Məhkəmədə sirlər açıla bilər

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə Hidayətov Zöhrab Raqub oğlu, Elvin Valeh oğlu Şirinov və Qaçqın Şura oğlu Hümbətovun məhkəmə hazırlıq iclası keçirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. İttiham olunanlar barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti proses noyabrın 7-nə təyin olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunurlar.

DTX-də aparılan istintaqla müəyyən edilib ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur. Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında olmadığı halda, 2023-cü ildə qəfildən qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında ilk onluqda 1-ci yeri tutub. Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, "kiçik bir torpaq sahəsi belə olmayan" 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.

Məhkəmə baxışında olan iş üzrə isə Elvin Şirinovun adı əvvəllər heç yerdə keçməyən, hazırda həbsdə olan digər təqsirləndirilən Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir. Belə maxinasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması - məsələn, alınan "kənd təsərrüfatı məhsulları" formasında çıxarılması və geri qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlumdur.

©Oxu.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Apple”, “Meta” kimi böyük şirkətlərin rəhbər şəxsləri Prezidentin qəbulunda

09.02.2026

Çöldə yemək yeyərkən maaşınızı israf edən 5 pis vərdiş

09.02.2026

Dövlət başçısı: Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

09.02.2026

Azərbaycana ABŞ-ın aparıcı şirkətlərinin geniş nümayəndə heyəti gəlib

09.02.2026

Fəzail Ağamalı vəfat etdi

09.02.2026

Pensiya artımı kimlərə şamil olunacaq?

09.02.2026

Milyonlarla dollara alındı: Tarixin ən bahalı domen adı indi bu oldu

09.02.2026

"Apple" yaxın həftələrdə böyük təqdimata hazırlaşır: Nələr gözlənilir?

09.02.2026

Rabitəbank müştəriləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar ®

09.02.2026

Bu il əlavə gəlir üçün "ChatGPT"nin təqdim etdiyi 4 praktik yanaşma

09.02.2026

Sabahdan bu müəllimlərin attestasiyasına başlanır

09.02.2026

"Barselona"nın prezidenti istefa verdi

09.02.2026

Nəsimi rayonunun yeni icra başçısı - Tərcümeyi-hal

09.02.2026

"Bolt"da qiymətlər bahalaşdı

09.02.2026

Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edilib

09.02.2026

Tahir Budaqov icra başçısı təyin edildi

09.02.2026

Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib

09.02.2026

Prezidentdən pensiyalarla bağlı Sərəncam

09.02.2026

Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırıldı

09.02.2026

Bu kəndlərin su və kanalizasiya sistemi üçün 7 milyonluq tender elan edilib

09.02.2026

Məzənnə

Yüklənir...