2026-cı ilin ən güclü 10 smartfonu: Flaqmanlardan orta səviyyəyə qədər -

Redaktor

03.02.2026 13:15
775

2026-cı ilin ən güclü 10 smartfonu: Flaqmanlardan orta səviyyəyə qədər - SİYAHI

Demək olar ki, flaqmanlar siyahısının əksəriyyəti "Snapdragon 8 Elite Gen 5" prosessoruna malik cihazlarla doludur, orta səviyyə smartfonlar siyahısında isə əsasən "MediaTek" çipli modellər yer alır.

Valyuta.az xəbər verir ki, "AnTuTu" mobil cihazların performansını ölçən nüfuzlu xidmət, ən güclü Android smartfonlarının yeni reytinqini yayımlayıb. Siyahıya son yanvar 2026 tarixinə görə iki kateqoriya üzrə toplama aparılıb: flaqmanlar və orta səviyyə cihazlar.

Flaqmanlar reytinqinə "Nubia Red Magic 11 Pro+" başçılıq edir. Bu cihaz testlərdə 4,1 milyon bal toplayıb. Oyunçular üçün kompromissiz aparat olan "Red Magic 11 Pro+", ən güclü "Snapdragon 8 Elite Gen 5" prosessoru, 24 GB RAM və daxili fanlı aktiv soyutma sistemi ilə seçilir.

İkinci yerdə az fərqlə vivo "X300 Pro" qərarlaşıb. Onun içində "MediaTek"in rəqibi olan "Dimensity 9500" çipi yerləşir. 

TOP-3-ü isə "Realme GT8 Pro" tamamlayır – bu da "Snapdragon 8 Elite Gen 5" prosessoruna malik başqa bir flaqmandır.

Siyahıda həmçinin "iQOO 15", "Honor Magic 8", "Honor Win", "OnePlus 15", "Redmi K90 Pro Max" (Snapdragon 8 Elite Gen 5) və "Vivo X300" (Dimensity 9500) modelləri yer alır. Hamısı minimum 3,7 milyon bal toplayıb. Müqayisə üçün qeyd edək ki, "iPhone 17 Pro Max" oxşar testlərdə 2,7 milyon bal göstərib.

Orta səviyyə segmentində lider "Honor Power 2", 12 GB RAM versiyasında qərarlaşıb. Bu cihaz "MediaTek Dimensity 8500 Elite" çipinə əsaslanan ilk modeldir. Sonrakı yerlərdə "Oppo", iQOO və "Redmi" cihazları yer alır.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...